Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Yaxın Şərq - Vaşinqtonun mövcud olmayan bir strategiyası...

ABŞ geri çəkilməkdənsə, onların sivilizasiyalarını, siyasi hərəkatlarını, mədəniyyətini və ümidlərini anlamaq üçün yenidən Yaxın Şərqlə hərbi deyil, zehni olaraq əlaqəsaxlamalıdır. Qaçmaq Vaşinqtona heç bir xeyir verməyəcək...

İmil Emin
“Şarkul Avsat” qəzeti, 23 oktyabr 2021-ci il

Amerikanın Yaxın Şərqdəki mövcudluğu ilə bağlı problemlər artıq regionun ərəb sakinlərini narahat etmir. Əksinə bu, yüksək səviyyəli diplomatlardan və mütəfəkkirlərdən tutmuş, regionda gizli şəkildə yaşayan kəşfiyyat və təhlükəsizlik işçilərinə qədər bir çox etibarlı amerikalıların probleminə çevrilib. Bu, o deməkdir ki, Yaxın Şərq hələ də ABŞ üçün çox önəmli və əvəzolunmazdır. Həmçinin ondan birdəfəlik geri çəkilmək qəbuledilməzdir.

30 ildən artıq müddətdə Dövlət Departamentinin strateqi və kəşfiyyat zabiti olan amerikalı Endru S. Gilmor Amerikanın məşhur “National Interest” jurnalında ölkəsinin insan və din beşiyi olan regiona heç bir baxışının və strateji yanaşmasının olmadığını qeyd edərək öz tənqidlərini bildirib. O, ABŞ-ın fəaliyyətsizliyi və Amerika prezidentlərinin uğursuz nəzəriyyələri, xüsusən də Barak Obama və onun tərəfdaşlarının pərdəarxası rəhbərliyi nəticəsində ərəb dünyasında Çin və Rusiya təsirinin kütləvi şəkildə artmasına işarə edib.

Mövzuya belə bir sualla girmək məqsədəuyğun görünür: “ABŞ-ın, xüsusən də son 20 ildə Yaxın Şərqlə bağlı real strategiyası olubmu? Yoxsa onun siyasəti geri püskürtməkdən ibarət idi?”

Amerikanın Yaxın Şərqdəki siyasətindəki prosesləri izləyənlər üçün ABŞ-da geri çəkilmək və təcrid olunmaq üçün böyük bir istəyin olması danılmazdır. Müxtəlif KİV-lərdə Yaxın Şərqdən artıq göstərilən səylərə layiq olmayan və amerikalıları çox da maraqlandırmayan bir bölgə kimi bəhs edilir. Bu cür məqalələr arasında Rusiya və Çinin yaratdığı daha aktual təhlükələrə diqqət yetirmək yönündə çağırışlar da var. Məsələn, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Yaxın Şərqdə qan və qumdan başqa heç nəyin qalmadığını demişdi.

Geri çəkilməyə çağıran və Atlantik okeanının arxasına sığınanların gözdən qaçırdığı əsas məsələ 40 il ərzində davam edən “Soyuq Müharibə”nin Vaşinqtonun yerli seçicilərdən siyasi və iqtisadi dəstək alaraq Yaxın Şərqdəki məqsədlərinə çatmasıdır. Bu prosesdə ABŞ Yaxın Şərqdə diplomatik güc toplayaraq ərəb-İsrail müharibələrini nəzarət altına almağa müvəffəq olmuşdu. Sülh quruculuğunda təkcə Amerika diplomatiyası da aparıcı rol oynamayıb.

Bununla belə, qəribədir ki, Vaşinqton dünyanın taleyinə hökmranlıq edən yeganə qüvvəyə, yəni situasiyaları dəyişmək üçün cəsarətli və yaradıcı cəhdlər edə bilən yeganə qütbə çevrildikdən sonra da, Yaxın Şərqdəki Amerika səhnəsi çaşqın və qeyri-müəyyən görünür. Eyni zamanda, Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri arasında olan nüfuzu Vaşinqtonun gələcək istiqamətləri və siyasətinin qeyri-müəyyənliyinə görə azalmağa başlayıb.

Amerika siyasətinin atası Henri Kissincer son kitabı olan “Dünya nizamı: Millətlərin xarakteri və tarixin vəziyyəti haqqında düşüncələr” adlı kitabında Yaxın Şərqi lazımi imkanlara malik olmayan bir bölgə adlandırıb. ABŞ-ın Yaxın Şərqə qarşı bu baxışındakı qeyri-müəyyənliyin sübutu kimi onun İran və nüvə proqramı ilə bağlı mövqeyinə baxmaq kifayətdir.

Bəlkə də, bu sətirlərdə əsas sual belədir: Geri çəkilmə çağırışları ilə eşidilən Vaşinqton bəlkə həqiqətən də, Yaxın Şərqdə mövcud olmaqda və onun həyati maraqlarını qorumaqda maraqlı deyil?

Maraqlar haqqında danışmaq bizə 1948-ci ildən sonrakı illərdə çox danışılan ənənəvi bir cütlüyü xatırladır. Biz bu ikisini sadəcə olaraq müasir sivilizasiyanın mayesi olan neft axını kimi ümumiləşdirə bilərik, digər tərəfdən isə bu, o dövrdə yeni yaradılmış İsrail dövlətinin təhlükəsizliyini təmin edirdi.

Lakin tarixin sürəti, xüsusən də İsrailin böyüməsindən və onun nəzarətindən çıxmasından və özünü müdafiə etməsi gücünə sahib olması Sem dayını qəzəbləndirsə belə, regionda yeni Amerika maraqları yaradıb. Yaxın Şərqin neftindən mütləq asılılıq ideyası alternativ enerji və şist qazı təklifləri ilə əvəz olunub.

Bu gün ABŞ-ın maraq dairəsi genişlənib. Birinci yerdə ABŞ-ın gecə-gündüz mübarizədən danışdığı, dövrün bəlası olan terrordur. Üstəlik, Amerika irsindən böyük pay istəyən rus ayısının və Çin əjdahasının qarşısını almaq və öz təsirlərini yaratmaq cəhdləri var. İranın nüvə silahına sahib olmasının qarşısını almaq isə ümumiyyətlə ayrı mövzudur.

Yuxarıda göstərilənlərə əlavə olaraq, son enerji böhranı onilliklər ərzində Yaxın Şərq mənbələrindən ənənəvi neftə ehtiyac olduğunu göstərdi. Yenə yuxarıda qeyd olunanlarla yanaşı, başqa bir həyati və mühüm məsələ də ön plana çıxır: Birləşmiş Ştatların dəniz zolaqlarında, dəniz yollarında naviqasiya azadlığını və hegemonluqlarını tətbiq etməyə cəhd edə biləcək düşmənlərə nəzarəti saxlaması da önəmlidir. Bu düşmənlər isə gizli deyil, aşkardır.

Amerika narsizmi və ya maariflənmiş praqmatizm amerikalıları bu sualı verməyə sövq edir: “Bu həyati maraqları qoruyan bir strategiyanız varmı?”

“Foreign Affairs” jurnalı son sayında məşhur amerikalı diplomat Martin İndikin “Oyunun Ustası: Henri Kissincer və Yaxın Şərq Diplomatiyası Sənəti” adlı son kitabında Kissincerin irəli sürdüyü fikirləri müzakirə edib. Xülasə, Indikə görə, prezident Co Bayden administrasiyası Kissincer modelinə müraciət etməlidir. ABŞ dominant oyunçu deyil, ən nüfuzlu oyunçu olaraq qalmaq üçün Kissincerin dəstəklədiyi regional nizamı formalaşdırmağa çalışmalıdır.

ABŞ geri çəkilməkdənsə, onların sivilizasiyalarını, siyasi hərəkatlarını, mədəniyyətini və ümidlərini anlamaq üçün yenidən Yaxın Şərqlə hərbi deyil, zehni olaraq əlaqə saxlamalıdır. Qaçmaq Vaşinqtona heç bir xeyir verməyəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar