Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 25-də saat 20 radələrində paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Əliyev Şükran Mürsəl oğlu həmyaşıdı olan tanışı Heydərov Tural Məmmədtağı oğluna yaşadığı mənzildə bir neçə bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən Ş.Əliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
pia.az