Bazar ertəsi, 29 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Qarabağ"ın rəqibi Qazaxıstan çempionatında liderin dəyişməsinə səbəb olub

Futbol üzrə Qazaxıstan çempionatında XXV turun digər oyunları keçirilib.

"Report" xəbər verir ki, turun mərkəzi matçında "Kayrat" lider "Astana"nı qəbul edib.

Qarşılaşma Almatı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın yeganə qolunu 9-cu dəqiqədə Neboyşa Kosoviç vurub.

Bürünc medalı daha əvvəl təmin etmiş "Kayrat" xallarının sayını 50-ə çatdırıb. 56 xalı olan "Astana" isə məğlubiyyətdən sonra liderliyini itirməli olub.

Çempionluğa iddialı digər komanda "Tobol" Karaqanda "Şaxtyor"unu 4:1 hesabı ilə üstələyib və hazırda 50 xalla birinci pilləyə yüksəlib.

Qeyd edək ki, Qazaxıstan çempionatında sonuncu - XXVI tur oktyabrın 30-da olacaq. "Kayrat" UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzub.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Yenilənib, Video

Daxili Qoşunların Füzulidə minaya düşmüş hərbçilərinin adları bəlli oldu - Yenilənib, Video

Naxçıvandan qarmaqarışıq xəbərlər... - Muxtar Respublikanın rəhbərliyi bütün varidatını “zorən hərraca” çıxarıb?

Kiçik övladları olan valideynlərə xəbərdarlıq: Baş nazir qərar verdi - Video

Ərdoğan İƏT ölkələrini  Azərbaycanın yanında olmağa çağırıb

Ərdoğan: "Zəngəzur dəhlizinin önəmi böyükdür" - Yenilənib

Prezident İlham Əliyev İranın dövlət başçısı ilə görüşüb - Yenilənib

Gözlənilməyən qətlin qurbanının edam tarixçəsi- Əhməd Əhmədovun məhkəmə fotoları

Bakıda məşhur restoranda kütləvi dava - Polis 20 nəfəri saxlayıb...

“Yuventus” klubu rəhbərliyin istintaqa cəlb olunduğunu təsdiqləyib

Tərəf müqabili ilə sevgi yaşayan, iki dəfə intihara cəhd edən Xalq artisti...

Ermənistanın KTMT fiaskosu – təşkilat üzvləri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay