Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Əsədli: “Bakı Qarabağdakı bütün proseslərə nəzarət edir”

Biz bölgədə yeni güc mərkəziyik, bu statusu sonacan qorumalıyıq. 

“Biz dövlətimizin, liderimizin ətrafında sıx birləşməliyik. Bizi qarşıda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini həyata keçirmək üçün böyük iqtisadi layihələr gözləyir”. Bunu Strateji və Beynəlxalq Araşdırmaları Mərkəzinin direktoru Eldar Namazov deyib. O qeyd edib ki, tarixi proseslər yaşayırıq, anlamalıyıq ki, nə qədər böyük qələbə qazanmışıq:
Azərbaycanın liderliyi ilə nə qədər böyük tektonik proseslərə start verilib. Bu qələbəyə tam qiymətin verilməsi üçün zaman lazım olacaq. Artıq yeni müasir silahların alınması prosesinə start verilib. Çünki bizim artıq bölgədə rəqibimiz Ermənistan deyil. Bölgədə sabitliyin yaranması üçün 20-30 il vaxt lazımdır. Biz artıq bölgədə yeni güc mərkəziyik. Gələcəkdə bu günlər, bu aylar, bu hadisələr dərsliklərə, kitablara qızıl hərflərlə yazılacaq. Biz çox böyük tarixi prosesin iştirakçılarıyıq. Türkiyə və Azərbaycan sovetlər dövrü dağılandan sonra bölgədə ən böyük qələbəyə imza atıb”.

E.Namazovun diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Azərbaycanın 2020-ci ilin payızında 44 günlük müharibəsində qazandığı qələbəni bir çox dövlətlər və xalqlar hələ də həzm edə bilmir. Partiya rəsmisinin sözlərinə görə, bu müharibə nəticəsində regionda haqq və ədalətin qalibiyyəti elan edilsə də, görünən odur ki, bəzi dövlətlər şərin və münaqişənin dayanmasını qəbul etmək istəmir:
AzərbaycanErmənistan arasında konfliktin uzun müddət bölgədə davam etməsinə səylər göstərir. Bunu rahatlıqla söyləyə bilərik ki, İran bu atəşkəs müqaviləsindən çox da məmnun deyil. Məmnun olmamasının bir çox səbəbi var. Birinci və ən önəmli səbəb özünün bu görüşmələrin içində olmamasıdır. Ermənistan, Azərbaycan, Rusiya və Türkiyə var. Ancaq İran yoxdur. Digər tərəfdən Türkiyə Qafqaza gəlir. Türk Ordusu Qarabağa gəlir. Azərbaycana gəlir və oraya yerləşir. Sovetlərin dağılması və sonrakı proseslərə baxdığımız zaman İran və Türkiyə Qafqaz və Orta Asiyada bir-birinin rəqibi mövqeyində idilər və bu, bu gün də elədir. İran Türkiyənin QafqazAzərbaycanda güclənməsini istəmirdi. İranın siyasəti bu bölgələrdəki Türkiyənin nüfuzunu zəiflətmə çərçivəsində şəkillənmişdi. Türkiyənin güclü şəkildə Azərbaycana girməsi İran üçün istənilməyən bir şey idi. İran və digər ölkələr diqqətdən qaçırmamalıdır ki, Azərbaycan tərəfi bundan əvvəl bəyan etdiyi kimi, Laçın dəhlizi vasitəsilə hansı avtomobillərin hara getdiyindən, kimin hara nə daşıdığından çox yaxşı xəbərdardır. Bakı Qarabağdakı bütün proseslərə nəzarət edir, təkzibedilməz faktları əlində əsas tutaraq gələcək addımları analiz edir. Bu xüsusda Azərbaycanın təkcə İran tərəfinə deyil, rus sülhməramlılarına da sualı var. Sülhməramlıların dəhlizdə separatçılığa dəstək üçün müxtəlif təyinatlı yüklərin girişinə icazə vermələri, bölgədə erməni silahlıları ilə bağlı hələ də tədbir görməmələri Üçtərəfli Bəyanatın pozulması və mandatı olmayan sülhməramlı institutunun gələcəyinin sual altına düşməsi ilə nəticələnə bilər”.

S.Əsədli vurğulayıb ki, hər halda Azərbaycanın ərazi bütövlüyünün pozulmasında israrlı olan erməni separatçılarına dəstək verən qüvvələr gözlərini geniş açaraq ədaləti, sabitliyi, mehribançılığı tərənnüm edən qonşu ilə münasibətləri nizama salmalıdır:
“Bu fonda Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipi əsas götürülməli və unudulmamalıdır ki, indiki dünyada regional təhlükəsizlik və sabitlik həm də yurddakı təhlükəsizlik və sabitlik deməkdir”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar