Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış jurnalistin bacısı səhhəti ilə bağlı prezidentə müraciət etdi

Mərhum, tanınmış jurnalist Zabil Müqabilöğlunun bacısı Sevinc Fərhadova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmişdir. Müraciəti olduğu kimi təqdim edirik.

Hörmətli cənab prezident!

Mən, Fərhadova Sevinc Müqabil qızı 1985-cı ilin Yanvar ayının yeddisində Zəngilan rayon Babaylı kəndində dünyaya göz açmışam. Atam Fərhadov Müqabil Nəci oğlu uzun müddət Zəngilan rayon 32 sayı orta məktəbində məktəb müdiri və tarix müəllimi işləyib. Anam Fərhadova Solmaz Dadaş qızı 40 il kimya, biologiya müəlliməsi işləyib. Qardaşım Fərhadov Zabil Müqabil oğlu 19 il jurnalist işləyib. Valideynlərim və qardaşım haqq dünyasına qovuşublar. O vaxtdan tək yaşayıram. Zəngilan rayon 32 saylı orta məktəbində Uşaq Birliyi təşkilatının rəhbəri vəzifəsində işləyirəm. 245 Məcburi köçkünlərin məskunlaşdığı düşərgədə 2018-ci il Aprel ayının 21-də müəmmalı şəkildə evimiz yandı. 2018-ci il May ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən Ramanı Şuşa şəhərciyində bir otaqlı mənzillə təmin olundum. Bunun üçün sizə və aidiyyatı üzrə müraciətimi nəzərə alan hər kəsə təşəkkür edirəm.

Möhtərəm cənab prezident!

Mənim səhhətimdə ciddi problemlər var. Ürəyə oksigen çatışmazlığı və qalxanvari bəzdən əziyyət çəkirəm. Əməliyyat üçün 2018-ci ildə May ayının 26-da Kapital Bankdan 36 faizlə 3min manat kredit götürdüm. O vaxtdan həmin kredit 111 azn məbləğində əmək haqqı kartımdan tutulur. Yerdə qalan məbləğlə ərzaq və dərman vasitələrimi ala bilmirəm. Sizdən xahiş edirəm, mənim banka olan borcumun ödənilməsi və səhhətimdəki mövcud problemlərin müalicə və müayinəsi dövlət tərəfindən nəzarətə götürülsün. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Dərin hörmət və ehtiramla,
Sevinc Fərhadova.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar