Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dedi, ana, Elçini Rövşən Əkbərov öldürdü, məni də ağzımdan vurdu...” - Qətlin yeganə şahidi

Xəbər verildiyi kimi ötən gün general Rövşən Əkbərovun işi üzrə növbəti məhkəmə iclası keçirilib. 20 il əvvəl Kiyevdə törədilmiş qətlə görə nəyə görəsə ancaq ötən il 44 günlük müharibə zamanı ordudan uzaqlaşdırılandan sonra barəsində istintaq başladılan və həbs edilən Əkbərovun vəkili müdafiə çıxışında ona qarşı irəli sürülən ittihamın sübuta yetmədiyini bildirib. İclas başa çatandan sonra Elçin Əliyevin-R.Əkbərov tərəfindən öldürüldüyü bildirilən 29 yaşlı iş adamının anası Səmayə Əliyeva “ona silah verin, qoy məni də öldürsün” deyib. R.Əkbərov isə bir daha bildirib ki, Elçin Əliyevi öldürməyib, məhkəmə bu gərginliklə yekunlaşıb.

S.Əliyeva məhkəmə iclasından sonra virtualaz.org-a açıqlamasında deyib ki, uzun illər ərzində Azərbaycanda və Ukraynada şikayət etmədiyi qurum, döymədiyi qapı qalmayıb.

“Bir nəfər də demədi ki, bu işi Rövşən Əkbərov törətməyib. Hamı oğlumu öldürənin Rövşən olduğunu deyib. Hadisə vaxtı balamın yanında olan dostu Məzahir yoldaşıma zəng vuranda telefona mən cavab vermişdim. Dedi, ana, Elçini Rövşən Əkbərov öldürdü, mənim də ağzımdan vurdu, xəstəxanada tikiş qoydular. Məzahir dedi, qorxuram, ola bilər məni də öldürsün. İstəyirəm biləsiniz ki, düşməniniz kimdir”,- dərdli ana danışıb.

Mərhumun anası oğlunun qətlində ittiham olunan generala ağır cəza verilməsini istəyir: “Oğlum öldürülən gün gəlib dedilər ki, Elçini Rövşən Əkbərov öldürüb. Nazim İbrahimov düz danışır. Tutaq bu qədər adamın biri yalan dedi, ikisi yalan dedi, hamısı yalan deməz axı. Dəfələrlə mətbuat konfransı keçirmişəm, mətbuata bununla bağlı geniş məlumat vermişik. Oğlumun dostu Səməd Novruzov balamın cənazəsini gətirmək üçün Kiyevə getmişdi. Oradan zəng vurub dedi ki, hamı səfirliyin həyətinə yığışıb, hadisəni Rövşən Əkbərov törədib”.

S.Əliyeva əlavə edib ki, hər yerə şikayət edib, əlaqədar qurumlarda rəhbər işçilərin qəbulunda olub. Hamısı ona deyib ki, ana, bu qan yerdə qalmaz: “Əgər ortada namus məsələsi olsaydı, oğlumun qanını ona bağışlayardım. Başqa heç nəyə görə bağışlamaram. Bir ana kimi xahiş edirəm. Balamı öldürənə layiqli cəza versinlər. 20 ildir çöllərdəyik, oğlumun qatilinə də 20 il - günə gün, ilə il cəza istəyirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar