Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

DSX: Ermənistan və İranla sərhəddə minalar aşkar olunaraq zərərsizləşdirilib

Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün təmin olunmasından, o cümlədən Ermənistanla dövlət sərhədinin işğaldan azad edilməsindən sonra bu ərazilərdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatların axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri xüsusi əhəmiyyət kəsb edir.

Sərhədçi istehkamçıların ötən dövr ərzində AzərbaycanErmənistan sərhədi boyunca ümumilikdə 211 hektar ərazidə, Azərbaycan - İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 77 hektar məsafəsində həyata keçirdiyi axtarış fəaliyyətləri nəticəsində ümumilikdə, 1370 ədəd piyada əleyhinə, 1438 ədəd tank əleyhinə mina, 218 ədəd partlamamış hərbi sursat, 50 ədəd silah və ləvazimat, 9560 ədəd müxtəlif çaplı sursat, partladıcı, alışdırıcı vasitə aşkarlanıb.

Hazırda azad olunmuş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

Prezident “Rossiya-1” telekanalına müsahibə verib

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Ən çox oxunanalar