Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib

“Bu gün Azərbaycan qarşısına yeni mübarizə qoyub. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağın yenidən qurulmasıdır”.

PİA.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Mediaforumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağda 10 min kv.km-dən çox Azərbaycan torpaqları tamamilə dağıdılıb və məhv edilib. XXI əsrdə bir torpağın, şəhərin bu formada dağıdılması ağlasığan mənzərə deyildi. Türk Şurası ölkələrinin media nümayəndələri dağıdılmış ərazilərə dəfələrlə səfər edib, mediaturlara qatılıb. Onlar Azərbaycanın məhv edilmiş şəhərini, törədilmiş vandallıq aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Yenə də blogerlərdən, media nümayəndələrindən xahiş edirəm ki, Azərbaycanın haqq səsinə səs verək”.

Prezidentin köməkçisi bildirib ki, məqsədimiz qisas deyil: “Məqsədimiz gələcək sülhə, barışa çağırışdır. Bizim məqsədimiz bu kimi əməllərin dünyada gələcəkdə baş verməsinin qarşısının alınmasından ibarətdir. Eyni zamanda Qarabağda Azərbaycan və türk xalqına məxsus olan dərin mədəni və tarixi irs var. Təəssüflə qeyd etməliyik ki, bu mədəni irsimiz də illər ərzində, 30 il ərzində məhv edilib”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - Foto

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir? - Video

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Rusiya mətbiatı Paşinyanın səs-küylü bəyanatından yazdı: “Qarabağ Azərbaycanındır”

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib?

Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Ən çox oxunanalar