Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bir “iPhone” üçün 2,5 ton pomidor istehsal etmək... - İqtisadçı

“2021-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunub. Hər kq pomidoru 1 dollar 6 sentə, başqa sözlə, 1 manat 80 qəpiyə satmışıq”.

PİA.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O, bu günlərdə Azərbaycanda satışa çıxarılan “iPhone 13” satışlarına diqqət çəkib: “Üzərində növbələr olan bu smartfonların qiyməti 4000-4200 manat civarında idi, yəni 2400-2500 dollar təşkil edirdi. Sözün qısası, bir “iPhone” almaq üçün 2 500 kq (2,5) ton pomidor istehsal edib satmaq lazımdır. Pomidorun əziyyətlə başa gəldiyini, aylarla əmək sərf edildiyini bilirik, amma bir “iPhone” smartfonunun istehsalı (yığılması) üçün 46 saniyə lazımdır. Yəni, biz bu ilin 9 ayında 120 min ton pomidor satmışıq, əvəzində 50 min “iPhone 13” alacağıq. Belə primitiv sistem var…

Neft sektorundan gələn gəliri əvəz etmək üçün kənd təsərrüfatının istehsalı (öz təlabatımızı ödəmək) və ixracı (valyuta qazanmaq) 25 dəfə artmalıdır. Bu isə sadəcə, mümkün deyil - torpaq, su, elmi yanaşma problemlərinə görə.

Aqrar sektor vacibdir, amma çıxış yolu deyil, çıxış yolu elmə əsaslanan, azad rəqabətə söykənən, azad məhkəmədən güc alan iqtisadi modeldir, vəssalam”.(Teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - Foto

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir? - Video

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Rusiya mətbiatı Paşinyanın səs-küylü bəyanatından yazdı: “Qarabağ Azərbaycanındır”

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib?

Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Ən çox oxunanalar