Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurub: İran maşınları vergi ödəyib keçir

Bundan sonra İrandan Ermənistana yük daşıyan TIR-lar Azərbaycanın Gorus-Qafan yolu üzərində qurduğu gömrük-nəzarət məntəqəsindən keçib gedəcək. virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda ötən gün Gorus şəhərinin vitse-meri Karo Köçəryan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi yolda nəzarət məntəqəsinin tikintisini başa çatdırıb. Və hazırda məntəqənin qarşısında çoxlu sayda İran TIR-ları keçmək üçün növbə gözləyir.

Köçəryan habelə deyib ki, Azərbaycan tərəfi Gorus-Qafan yolunun üzərində yanacaqdoldurma məntəqəsi də tikməyə başlayıb. “Gorusda hərəkət isə məhdudlaşdırılıb və hər saatda bir həyata keçirilir”,-o deyib.

Xatırladaq ki, Gorus-Qafan yolunun 22 kilometrlik hissəsi hələ sovet dövründən Qubadlı ərazisindən keçirdi. Ötən ilin dekabrında Azərbaycan Ermənistanla bu istiqamətdə dövlət sərhədlərini bərpa edəndən sonra yolun həmin hissəsi də Azərbaycanın nəzarətinə keçmiş oldu. Bir müddət həmin yolla İran TIR-larının maneəsiz hərəkətinə imkan yaradılmışdı, lakin həmin TIR-ların bir qisminin Ermənistan üzərindən Qarabağa, Azərbaycan ərazilərinə qanunsuz daxil olması hallarına son qoyulmaması Bakını məcbur etdi ki, yolda polis nəzarəti tətbiq etsin və tranzit yükdaşımaları haqda qanunvericiliyin tələblərinə uyğun olaraq həmin maşınlardan yol vergisi tutsun.

Bu məsələ İranla Azərbaycan arasında gərginliyə gətirib çıxarsa da nəhayət rəsmi Tehran Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmalı oldu və öz yük maşınlarına Laçın dəhlizinə daxil olmağı qadağan etdi. Və göründüyü kimi, iranlılar həm də Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsindən tranzit keçib Ermənistana getməyə görə yol vergisini də ödəməyi qəbul ediblər...

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - Foto

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir? - Video

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Rusiya mətbiatı Paşinyanın səs-küylü bəyanatından yazdı: “Qarabağ Azərbaycanındır”

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib?

Ramanıda axan qardaş qanı: yoxsulluq, səfalət, işsizlik və narkotik...

Ronaldunun hönkürtü ilə ağladığı yeni görüntülər ortaya çıxıb - Video

Ən çox oxunanalar