Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Putin: “Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər”

ErmənistanAzərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər, amma bu proses qarşılıqlı kompromislər tələb edir.

APA-nın Rusiya bürosunun məlumatına görə bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı bildirib.

İndi ən vacib şey sərhəddəki vəziyyəti həll etməkdir. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.

Putin daha sonra əlavə edib ki, birincisi, həm Azərbaycan Prezidentinin, həm də Ermənistan Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşılmalıdır: “Baş vermiş hadisələrin faciələrinə baxmayaraq, onlar siyasi konyukturadan yuxarı qalxmağı bacardılar və çox məsuliyyətli qərar verdilər. Yenə də Prezident Əliyev və Baş nazir Paşinyan qan tökülməsini dayandıra bildilər.

Bütövlükdə regionda uzunmüddətli həll üçün şərait yaratmaq lazımdır. Bu şərtlər yalnız hər iki tərəfin əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul etməsi və hər iki tərəfin üstünlükləri qiymətləndirməsi şərti ilə yaradıla bilər. Mən burada dinc, yanaşı yaşamağı vurğulamaq istəyirəm. Bunda isə hamı maraqlıdır”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

Prezident “Rossiya-1” telekanalına müsahibə verib

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Ən çox oxunanalar