Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnfeksionist koronavirusun yeni ştamından qorunmağın yollarını açıqlayıb

Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVID-19 virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb. Onun hətta "Delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, 1 nəfərin təxminən 9 nəfəri yoluxdura bilməsi barədə məlumatlar var.

İnfeksionist-hepatoloq Mərdan Əliyev "Report”a açıqlamasında bildirib ki, Rusiyada yoluxma saylarında artım müşahidə edildiyindən hazırda bir sıra məhdudiyyətlər tətbiq edilir: "Bu da gözlənilən idi. Çünki payız fəslidir. Əvvəldən də proqnozlaşdırılırdı ki, payız-qış aylarında virusa yoluxma artacaq. Artıq bizdə də artım müşahidə edilir".

"Ümumiyyətlə, koronavirusun 24 variantı var. Bu variantların bəziləri digərlərinə nisbətən narahatlıq doğurur. ÜST tərəfindən də "Alfa", "Beta", "Qamma" və "Delta" ştamları daha fərqli gedişə malik olduğu qeyd edilib. Digərlərində ciddi və əlavə dəyişiklik olmur. Ən sürətli yayılan "Delta" ştamıdır. O da hazırda dünyada dominantdır. Bəzi ölkələrdə “Mü” və digər ştamlar yayılır. Amma bunların hamısı koronavirusdur. Koronavirusun ümumi geni böyük olduğu üçün tez-tez dəyişiklik olur, yeni variantlar əmələ gəlir. Rusiyada da tapılan yeni variantdır və o da koronavirusun digər ştamlarından ciddi fərqlənmir. Həm yoluxdurma qabiliyyəti, həm xəstəliyin gedişi və qorunma üsulları demək olar eynidir. Yeni yaranan ştamlardan çox da qorxmaq lazım deyil. Çünki bunlar yeni virus deyil. Onların da müalicəsi və qorunma üsulları digər ştamlarla eynidir", - deyə o vurğulayıb.

İnfeksionist deyib ki, insanlar yenə də qapalı məkanlarda məsafə saxlamalı və maskadan istifadə etməlidir: "Ən əsas tədbirlərdən biri də vaksinasiyadan keçməkdir. Virusdan qorunmaq üçün tələb olunan qaydalara əməl etmək zəruridir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar