Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Laçın dəhlizinə çıxdıqda düşmən də bildi ki..." - Prezident

"Zəngilan doğrudan da çox füsunkar təbiətə malik olan bir diyardır. Mən ilk dəfə Zəngilana keçən ilin sonlarında gəldim, dekabr ayında və o vaxt heyran oldum bu diyara. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim - bura doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur düşmən demək olar ki, bütün binaları dağıtmışdır".

Bunu Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

"Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda demək olar, düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb.

Amma indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi", - dövlət başçısı bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sabiq deputat nazir və yeni müavininin görüntülərini paylaşdı: “Niyə dövlət vəzifələri əyləncəyə çevrilir?” – Video

“Prezidentin qulu olmağa hazıram”, deyən nazir müavini Budaqovla bacanaq imiş

21-ci əsrdə özünü “qul elan edən” nazir müavini nələrini sığortalamaq istəyir?

Beynəlxalq Real Aykido Federasiyası respublikadaxili kəmər imtahanı keçirib - Foto

"Qanuni oğru"ların "sxodka"sı keçirildi - Bu "lotu"nun adı əlindən alındı

14 şəhiddən biri olan “işçi Nəbiyev” kimdir? - Video

Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı - Video

Helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi başa çatıb - Yenilənib, Foto

Dünənki qəzada DSX şəhid olan hərbiçilərin siyahısını elan etməkdə niyə gecikdi?..

“Caliber” DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay