Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musa Quliyev ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsi barədə təklifinə aydınlıq gətirib - Yenilənib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsi təklifi ilə bağlı açıqlama yayıb.

APA-nın məlumatına görə, komitə sədri bildirib ki, bu təklifi etməkdə məqsədi qadın əməyinə daha yüksək dəyər verilməli olduğunu çatdırmaq olub.

Deputat qeyd edib ki, müzakirəyə qoşulan və rəy bildirənlərin mövqeyindən asılı olmayaraq bu fikrin diqqət çəkməsi onu sevindirir: “Əlbəttə, "ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidir" deməklə nitqimdəki arqumenti qüvvətləndirmək niyyəti güdürdüm və bu fikri birbaşa qəbul etmək ciddi adamların ağlına da gəlməyəcək. Məqsədim məişətdə qadınlarımızın zəhmətinə qiymət vermək, onların əməyinin nə qədər dəyərli olduğunu cəmiyyətin diqqətinə çatdırmaq idi. Bu qiymət isə qadına daha çox hörmət bəsləmək, onun qədir-qiymətini bilməkdən ibarət ola bilər”.

M. Quliyev onu da vurğulayıb ki, kişilərin etirazına, narahatlığa əsas yoxdur, belə bir qanun qəbul olunmayacaq: “Mən o çıxışımda başqa təkliflər də vermişdim, təəssüf ki, onlar bir qədər medianın diqqətindən kənarda qaldı. Mən təklif etmişdim ki, şəhid anası ordeni təsis edilsin, pandemiyada fədakarlıq göstərən tibb işçilərimizə (onların çoxu qadındır) dövlətin müxtəlif mükafatları verilsin, televiziyalarda uğurlu qadın obrazı seçilərkən şou-biznes nümayəndələri deyil, alim, dövlətçi, sahibkar qadınlarımız, şəhidlərimizin anaları və həyat yoldaşları diqqət mərkəzinə gətirilsin.

İstənilən halda bu məsələlərin gündəmə gətirilməsini və müzakirə edilməsini müsbət hadisə hesab edirəm”.

***

“Həyatımızın müxtəlif sahələrində qadınlara qarşı zorakılıqlar qalmaqdadır”.

PİA.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyilib.

Komitə sədri bildirib ki, ÜST-ün məlumatına görə, dünyada hər üç qadından 1-i ya evdə, ya işdə zorakılığa məruz qalır: “Bu gün işsiz qadınlar 57,5 % təşkil edir. Baxmayaraq ki, əmək qabiliyyətli qadınların sayı kişilərin sayından çoxdur. Əsas diskriminasiya burada qadın əməyinin kişi əməyinə nisbətən az qiymətləndirilməsidir. Bu, bütün dünyada belədir. Azərbaycanda qadınların əməyi kişi əməyindən daha az qiymətləndirilir. Bunun bünövrəsi iqtisadi azadlıqdadır. Əgər iqtisadi azadlıq olmayacaqsa, biz sosial azadlığı da təmin edə bilməyəcəyik. Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır. Elmi-texniki fəaliyyət sahəsində qadınların əməkhaqqısı kişilərin əməkhaqqısının yalnız 47%-ni təşkil edir. Səhiyyə və sosial xidmətlər sahəsində bu rəqəm 63%-dir. Baxmayaraq ki, bu sahədə qadınlar kişilərdən daha çoxdur. Qadın sahibkarlar sayında da rəqəm aşağıdır. Sahibkar qadınların sayı sahibkar kişilərin sayından 3,7 dəfə azdır”.

YAP sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə Musa Quliyevin ev işi görən qadınlara pul ödənməsi fikri ilə razılaşmayıb. T. Budaqov bildirib ki, Azərbaycan qadınlara ailəyə bağlıdır: “Burada beynəlxalq təcrübə ilə yanaşı, cəmiyyətin fikri də nəzərə alınmalıdır”.

Musa Quliyev isə bir daha təkrar edib ki, qadının evdəki zəhməti kişilər tərəfindən qiymətləndirilməlidir: “Bu təklifi qadının evdə gördüyü işin qiymətləndirilməsi üçün verdim”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar