Bazar ertəsi, 06 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ-ın “3+3” formatına qarşı çıxması nədən xəbər verir?

Pentaqon səviyyəsində bu platformaya qarşı belə bir mövqe sərgiləməklə ABŞ Cənubi Qafqazda da Rusiyaya cəbhə açmırmı?..

Politoloq: “ABŞ-ın müdafiə naziri Lloyd Ostinin “3+3” formatı haqqında bu fikirləri səsləndirməsi təsadüfü deyil”.

“Düşünürəm ki, ya ABŞ-ın da daxil olduğu hər hansısa bir platforma qurulacaq, ya da ABŞ öz müttəfiqləri vasitəsilə bu platformaların qurulmasına və səmərəli işinə mane olacaq”.

Bu sözləri politoloq Fərhad Məmmədov ABŞ-ın müdafiə naziri Lloyd Ostinin “3+3” formatında Gürcüstanın iştirakı ideyasına qarşı çıxmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstana səfəri zamanı Cənubi Qafqazda “3+3” formatında əməkdaşlıq platformasının (Rusiya, İran və Türkiyənin iştirakı ilə,-red.) yaradılması və Gürcüstanın bu platformada iştirakı ideyasına qarşı çıxıb. “Hansısa yeni platformadan danışmazdan əvvəl Gürcüstanın 20 faiz ərazilərini işğal etmiş Rusiya atəşin dayandırılmasına dair 2008-ci il razılaşmasını yerinə yetirməlidir”, deyə Pentaqon rəhbəri bildirib.

ABŞ-ın Pentaqon səviyyəsində “3+3” formatına qarşı çıxması nədən xəbər verir və Vaşinqtonun hansı alternativlər ola bilər? Həmçinin bu platformaya qarşı belə bir mövqe sərgiləməklə ABŞ Cənubi Qafqazda da Rusiyaya cəbhə açmırmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “3+3” formatında bir neçə problemli sahələr var. Əsas problem isə Rusiya və Gürcüstandır. Bu məsələnin həlli isə çox çətin olacaq”.

Cənubi Qafqaz üzrə yaradılan “3+3” formatının situativ problemlərin həlli üçün yaradıldığını düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, buna baxmayaraq Cənubi Qafqazda hər hansı platforma yarananda ABŞ həmin platformada iştirak etmək istəyir. Ancaq indiki situasiyada ABŞ bunu müttəfiqləri vasitəsilə deyil, birbaşa həyata keçirmək istəyir:

“Ümumiyyətlə ABŞ siyasətində postsovet məkanı üstündə hər zaman Pentaqon və Dövlət Departamenti arasında rəqabət gedirdi. 2008-ci ildə baş verən müharibədənn sonra Pentaqon daha da fəallaşmışdı. Ramsveldin dövründə Əfqanıstan kampaniyası həyata keçiriləndə, Cənubi Qafqaz daha çox Pentaqonun nəzərində idi.

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin “3+3” formatı haqqında bu fikirləri səsləndirməsi təsadüfü deyil. Xatırladım ki, 1990 və 2000-ci illərin əvvəllərində ümumi Qərb, yəni ABŞ-ın rəhbərlik etdiyi Atlantk məkan əsasən Türkiyə vasitəsilə Cənubi Qafqaza təsir etmək imkanları əldə etmək istəyirdi və əldə də edirdi. Lakin Türkiyə və ABŞ arasında olan ziddiyyətlər ona gətirib çıxardı ki, Türkiyə regionlarda öz bildiyi siyasəti, yəni fərqli və müstəqil siyasət həyata keçirməyə başladı. Hətta bəzi regionlarda Türkiyə Qərbin əsas ölkəsi olan ABŞ-la da toqquşmalı oldu.

“3+3” formatının formalaşması əlbəttə ki, ABŞ üçün bir çağırışdır. Burada da Gürcüstan Qərbə tərəf getmək istəyən və bunu bəyan edən ölkədir. Əlbəttə, Vaşinqtonsuz yaradılan formatlara da məhz bu ölkə vasitəsilə ABŞ təsir etmək istəyəcək.

Fərhad Məmmədov: “Cənubi Qafqazda hər hansı platforma yarananda ABŞ həmin platformada iştirak etmək istəyir”.

Onu da qeyd edim ki, Pentaqon başçısının bu bəyanatı “3+3” formatının əsas problemi sayılan Rusiya-Gürcüstan münasibətlərini yenidən aktuallaşdırdı. Çünki “3+3” formatında bir neçə problemli sahələr var. Əsas problem isə Rusiya və Gürcüstandır. Bu məsələnin həlli çox çətin olacaq. Başqa problemli məsələlər isə Ermənistan-AzərbaycanErmənistan-Türkiyə münasibətləridir. Ermənistanla bağlı olan iki məslə həll oluna bilər. Çünki müharibə nəticəsində artıq kommunikasiya xətlərinin açılması nəzərdə tutulub.

Düşünürəm ki, ya ABŞ-ın da daxil olduğu hər hansısa bir platforma qurulacaq, ya da ABŞ öz müttəfiqləri vasitəsilə bu platformaların qurulmasına və səmərəli işinə mane olacaq. Bunu belə qiymətləndirmək lazımdır. Məsələn Mərkəzi Asiyaya baxanda görəcəyik ki, orada da Çin, Rusiya öz platformalarını qurmaq niyyətində idilər. Amma Mərkəzi Asiyanın 5+1 əməkdaşlıq platforması var.

Belə bir mövqe sərgiləməklə ABŞ Cənubi Qafqazda Rusiyaya cəbhə açmasını demək olmaz. Hesab edirəm ki, Cənubi Qafqaz üzrə yaradılan “3+3” formatı situativ problemlərin həlli üçün yaradılır. Buna baxmayaraq Cənubi Qafqazda hər hansı platforma yarananda ABŞ həmin platformada iştirak etmək istəyir. İndiki situasiyada isə ABŞ bunu müttəfiqləri vasitəsilə deyil, birbaşa həyata keçirmək istəyir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Hökumətin subsidiya qərarı: Dizel yanacağı yenə bahalaşır?

Yeni nazir müavini təyinatından danışdı - Foto

Bakıda “AA” seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü – Video

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

İran öz mövqeyindən geri çəkilməyəcəyini bildirib

Ən çox oxunanalar