Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dmitri Trenin: “Rusiya artıq Qarabağ məsələsində dominant deyil…”

2020-ci ilin payızında Qarabağda gedən müharibə Moskvanın Qafqazdakı ümumi mövqelərinin ciddi zəifləməsinə gətirib çıxardı. PİA.az xəbər verir ki, belə mövqe ilə Karnegi Moskva mərkəzinin direktoru Dmitri Trenin “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində çıxış edib.

Rusiyalı ekspertin fikrincə, Türkiyə regiondakı “kəmiyyətcə” iştirakını “keyfiyyətcə” iştiraka çevirdi, Rusiya isə ötən ilin noyabrında Qarabağ regionuna sülhməramlıları yeritməklə onun münaqişə regionundakı vasitəçi kimi mövqelərinə dəyən zərəri ancaq qismən məhdudlaşdıra bildi.
Moskva əvvəlki kimi Qarabağ ətrafındakı situasiyanın inkişafında əsas xarici amildir, amma dominant deyil”,-Dmitri Trenin qeyd edib.

Onun sözlərinə görə, son hadisələr fonunda Cənubi Qafqaz Moskvanın nüfuz zonası kimi “yuyulub gedir” və onun üçün Yaxın Şərqin subregionuna çevrilir. Ekspert hesab edir ki, Rusiyanın Cənubi Qafqazda həyati əhəmiyyətli maraqları yoxdur.
Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Mən bunu Rusiyanın borcu hesab edirəm, Rusiya üçün öz öhdəliklərini yerinə yetirmək şərəfdir. Yeri gəlmişkən, Qarabağ bu öhdəliklərlə əhatə edilmirdi. Rusiyanın eləcə də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi marağı var. Bu iri ölkədir, qonşu ölkədir və Rusiya əlbəttə, ona can atacaq ki, bu münasibətlər inkişaf etsin. Bir tərəfdən də qərbyönümlü oriyentasiyaya malik Gürcüstan var. Lakin Moskva bütün bu münasibətlər toplusunu öz maraqları üçün fəal istifadə etmək istəyir”,-rusiyalı ekspert deyib.

Trenin hesab edir ki, indiki və gələcək mərhələdə Rusiya üçün başlıca maraq Türkiyə kimi iri regional dövlətlə silahlı münaqişə vəziyyətində olmamaqdır. “Eləcə də Azərbaycanla münaqişə vəziyyətindən qaçmaq, öz müttəfiqi Ermənistanı taleyin ümidinə buraxmamaq, amma eyni zamanda dərk etməkdir ki, onun Qarabağ məsələsində imkanları olduqca məhdudlaşıb”,-ekspert bildirib. (Virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar