Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəfər günü “qızıl amnistiya” xəbəri - 15 minədək məhkum azadlığa çıxa bilər…

Çingiz Qənizadə: “Hazırda böyük bir amnistiyaya ehtiyac var”

Bir neçə gündən sonra Milli Məclisin Amnistiya verilməsi haqqında qərar layihəsini qəbul edəcəyi haqda xəbərlər yayılıb.

Məlumata görə, İkinci Qarabağ Müharibəsində qazandığımız Zəfər Günü münasibəti ilə veriləcək Amnistiya aktı 15 mindən çox məhkumu əhatə edəcək.

Hüquq-mühafizə orqanlarının birgə təhlili nəticəsində hazırlanan layihəyə Cinayət Məcəlləsinin bir çox maddələri daxil edilib.

Məlumata görə, amnistiyaya düşəcək şəxslər arasında Cinayət Məcəlləsinin 139-1 maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) ilə ittiham olunanlar da var. Bundan başqa oğurluq, ölümlə nəticələnməyən şəxsiyyət əleyhinə cinayətlər, külli miqdarda olmayan dələduzluq və sair əməllərinə görə məhkum olunanlar da azadlığa çıxa biləcək. Layihənin yaxın günlərdə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinə göndəriləcəyi deyilir. Amnistiya Aktının təşəbbüskarının ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu bildirilir.

Mövzu ilə bağlı Əfv Məsələləri Komissiyasının üzvü , hüquq müdafiəçisi Çingiz Qənizadə bildirdi ki, mətbuatda böyük amnistiya aktı olacağı xəbəri yayılıb: “Əslində sovet dövründə də həmişə Böyük Vətən Müharibəsinin qurtarması ilə bağlı, 9 mayla bağlı böyük amnistiyalar olurdu. Amnistiya gözləniləndir, çox böyük ümidlə belə hesab edirik ki, hazırda böyük bir amnistiyaya ehtiyac var. Birincisi həbsxanalarda son vaxtlar artıq sıxlıq var və eyni zamanda xəstəliklər müşayiət olunur. Az da olsa COVID və sairə xəstəliklərə tutulanlar və ölənlər olub. Bu baxımdan belə hesab edirəm ki, həm cəzaçəkmə müəssisələrinin və həbsxanaların yükünün azaldılması, həm də bu möhtəşəm qələbənin bir daha evlərdə, ailələrdə qeyd edilməsi ilə bağlı, yəni sevincimizə sevinc qatılması ilə bağlı, belə bir addımın atılması çox doğru olardı. Əvvəla, qeyd edim ki, Amnistiya aktı qanundur və o Milli Məclisdə qəbul edilməlidir. Bu baxımdan nəzərə alsaq, ki, artıq oktyabrın 20-dir, noyabrın 8-ə çox az vaxt qalıb. Onda belə ehtimal olunur ki, yaxın günlərdə amnistiya aktının layihəsi Milli Məclisə təqdim edilməlidir və çox operativ şəkildə bir neçə dəfə müzakirədən sonra qəbul olunmalıdır. Sonra cənab Prezident bunu imzalamalıdır. Ona görə vaxtın azlığı bir qədər şübhə yaratsa da amma ümid edirəm ki, bu baş verəcək. Lazım gəlsə parlament operativ şəkildə bu layihəni baxıb təsdiq edə bilər. Biz bunu gözləyirik və bundan əvvəlki üç amnistiya aktı hazırki vitse-prezident və o vaxtkı parlament həmkarımız olan Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentə daxil olmuşdu. 10 minə yaxın insana şamil olunmuşdu. İndi də ümid edirəm ki, daha böyük , daha geniş amnistiyanın şamil olunmasına ehtiyac var”.

Ç.Qənizadənin sözlərinə görə, amnistiya aktında həmişə ağır, xüsusilə ağır cinayətlərin deyil, az ağır cinayətlərə şamil edilir: “Şərti və ya inzibati cəza alanlara, digər azadlığın məhdudlaşdırılması halları və sairə kimi cəzalar təyin edilmiş şəxslərə daha çox şamil olunur. Hazırda gözlənilən amnistiyanın təsir dairəsini bir az da genişləndirmək olar. İndi pandemiya ilə bağlı çoxsaylı məhkəmələrdə və istintaqlarda cinayət işləri var. Şadlıq evləri və vətəndaşların qaydaları pozması halları, 139-cu maddənin 1-ci bəndindəki Cinayət Məcəlləsinin tələblərini pozma , yaşayış yerlərini tərk etmə və sair bəndləri də nəzərə alına bilər. Amma ümumilikdə belə hesab edirəm ki, az ağır cinayətlərin özünün də təsir dairəsini artırmaq lazımdır. Hətta xüsusilə ağır yox, amma ağır cinayətlərin də müəyyən kateqoriyasına şamil etmək olar. Cəzasının üçdə ikisini və ya dörddə üçünü çəkənlərə də şamil edilə bilər. Biz bunu arzulayırıq. Bu hüquq müdafiəçilərinin təbii ki, həmişə istədiyi və arzuladığı bir məqam olub. Hesab edirik ki, bu addım atılacaqsa, ölkədə 10 min insana əgər şamil olunacaqsa, hər bir məhkumun ailə üzvləri, yaxınları ,dostları, qohumları sevinəcəksə, bu artıq yüzminlərlə insanın sevincinə səbəb olan bir humanist akt olardı”.

Hüquq müdafiəçi hesab edir ki, vaxt azlığı səbəbindən proseslər sürətli aparılmalıdır: “Ümid edirik ki, belə bir təklif Milli Məclisə veriləcək, Milli Məclis operativ şəkildə ona baxaraq bu qanunun məhz bizim şanlı qələbə günümüzə həsr edəcək. O günə hazırlıq işlərinin çatdırılması mühümdür və qanunun qüvvəyə minməsinin şahidi ola bilərik. Hər halda biz bunu arzulayırıq”. (musavat.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar