Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu hakimiyyət ləyaqətlə getmək şansını əldən verdi”

“Bu hakimiyyət xalqdan qorxur, ona görə də gizlənir, ondan aralı gəzir”.

Bunu Ermənistan Milli Elmlər Akademiyasının akademiki, sosioloq Gevorq Poqosyan “Ermənistanın səsi” qəzetinə müsahibəsində belə deyib.

Akademik Poqosyana görə erməni cəmiyyətində əhval əlbəttə, dəyişir və oktyabrın 17-də yerli idarəetmə orqanlarına keçirilən seçkilərin nəticələri də bunu sübut edir. Həmin seçkilərdə hakim partiya 9 yerli icmadan cəmi 3-də qalib gəlib.

“Aydındır ki, 3 il əvvəl hakimiyyətə gələn adamlar fəlakətli dərəcədə bacarıqsız, hazırlıqsız və qeyri-peşəkar çıxdılar. Ancaq sındırıb dağıtdılar. İnsanlar əvvəlcə məyus idilər, sonra hakimiyyətdən üz döndərməyə başladılar. 2018-ci ildə inqilabı alqışlayanlar bu gün dərin məyusluq içərisindədirlər. Onlar görürlər ki, reallıq gözlədiklərindən daha pisdir”, - erməni akademik bildirib.

Gevorq Poqosyan hesab edir ki, indiki hakimiyyət xalqın etimadını itirdiyini hiss etdiyi üçün güc metodlarına əl atır, çünki başqa cür ola bilməz. Və onlar qaykaları bərkidirlər, polis tədbirlərini gücləndirirlər. Bu da demokratiyadan diktaturaya cəmi bir addım yol olduğu barədə məlum tezisi təsdiqləyir.

Akademikin fikrincə, istənilən hakimiyyətin ləyaqətlə getmək məqamı olur. Hətta uduzaraq. Amma Paşinyanın komandası üçün bu məqam çoxdan əldən verilib. “Və ona görə də ən pis ssenari qalır: hakimiyyəti getməyə məcbur edirlər. Mən indi tarixi paralellər gətirmək istəmirəm, amma tarixdə belə nümunələr az deyil. Hansı ki, nəinki bacarıqsız, eyni zamanda antimilli xarakter almış hakimiyyəti demokratik olmayan yollarla qovurlar. Bu bir ssenaridir. Digəri kütləvi mühacirətdir. Düzünü desəm, bu məni daha çox narahat edir. Artıq ilin 8 ayının məlumatları göstərir ki, ölkədən axın çox böyükdür. Adətən ildə 35-40 min adam gedirdi, indi 100 minə yaxındır. Yəni ermənilərin bir çoxu bu hakimiyyətə belə reaksiya verir. Onlar bu ölkədə özləri üçün gələcək görmürlər”, – Poqosyan bildirib.

Onun fikrincə, daha inadkar adamlar da var, hesab edirlər ki, bu onların ölkəsidir və qalıb mübarizə aparmaq lazımdır. Və belə adamlar daha sərt addımlara əl ata bilərlər.

“Əgər baxsaq ki, tarixdə baş verənlərdən hansı bu ölkədə baş verə bilər, o zaman bir neçə ssenari var. Onlardan biri hərbi çevrilişdir. Bir çox ölkələrdə hərbçilər görəndə ki, hakimiyyət ölkəni idarə edə bilmir, ölkə uçuruma gedir, hakimiyyəti öz əllərinə alırlar. Bu, “generalların hakimiyyəti” adlanır. İkinci ssenari yeni qəhrəmanın, yeni şəxslərin, məsuliyyəti üzərinə götürməyə hazır olan qüvvələrin gəlişidir. Yəni ya qəhrəmanın gəlişini, ya hərbi çevrilişi gözləmək lazımdır”, – Gevorq Poqosyan belə deyib.

Akademik hesab edir ki, ciddi siyasi qüvvələrdən heç kim Paşinyanla danışıqlar masası arxasına oturub milli barışıq haqda danışmayacaq və bu hakimiyyətin ölkədə milli barışıq yaradacağı utopiyadır. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar