Bakı Metropoliteninin "Koroğlu" stansiyasında aktiv koronavirus xəstəsi müəyyən olunub.
Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
E.Hacıyev bildirib ki, polis əməkdaşları tərəfindən saxlanılan 1981-ci il təvəllüdlü Rövşən Abdulovun saxlanılaraq müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir.
pia.az