Bazar ertəsi, 06 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Dünyada koronavirusa yoluxanların sayı 240 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxma hallarının sayı 240 milyonu ötüb, virusdan ölüm hallarının sayı 4,9 milyona yaxınlaşır.

PİA.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 240 260 449 nəfər, virusdan ölənlərin sayı 4 890 424 nəfərə çatıb.

ÜST avqustun 5-də dünyada COVID-19-a yoluxanların sayının 200 milyon nəfərə çatdığını açıqlayıb. İyunun 13-də isə bu göstərici 175 milyon təşkil edib.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb - 44 408 612. Siyahıda sonrakı yerdə Hindistan (34 081 315), Braziliya (21 597 949), Böyük Britaniya (8 449 169), Rusiya (8 027 012), Türkiyə (7 654 277), Fransa (6 869 661), İran (5 784 815) və Argentina (5 268 653) qərarlaşıb.

Birləşmiş Ştatlar dünyada COVID-19-dan ölüm sayına görə də birincidir. ABŞ-da 715 179 nəfər koronavirusun qurbanı olub. Siyahıda ikinci yerdə Braziliya (601 574 ölüm), üçüncü yerdə Hindistan (452 290) qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Hökumətin subsidiya qərarı: Dizel yanacağı yenə bahalaşır?

Yeni nazir müavini təyinatından danışdı - Foto

Bakıda “AA” seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü – Video

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

Ən çox oxunanalar