Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ədliyyə Nazirliyi həbsdə olan Vilyam Hacıyevin səhhəti ilə bağlı açıqlama yayıb

Ədliyyə Nazirliyi İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin səhhəti ilə bağlı açıqlama yayıb.

PİA.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində vəzifə cinayətlərinə görə həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin sağlamlıq durumunun pisləşməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunuB.

Ədliyyə Nazirliyinin tibb xidmətindən əldə olunan məlumata əsasən, koronavirus xəstəliyinə yoluxmuş V. Hacıyevin müalicəsi bu sahədə ixtisaslaşmış Dövlət Gömrük Komitəsinin Hospitalında davam edir və hazırda səhhəti ilə bağlı hər hansı bir narahatlıq yoxdur. Məsələ ilə bağlı həmçinin, Hospitalın rəhbərliyi ilə əlaqə saxlanılaraq məlumat bir daha dəqiqləşdirilmiş və məlum olmuşdur ki, xəstənin müalicəsi, əksinə müsbət nəticə verdiyindən o, reanimasiyadan ümumi palataya köçürülmüş və sağlamlıq durumu daim həkim nəzarətində saxlanılır.

Bununla əlaqədar KİV-də dəqiqləşdirilməmiş və yanlış məlumatların verilməsi ictimaiyyətdə ucuz sensasiya yaratmaq məqsədi daşımaqla yanaşı, xəstənin ailəsinə əsassız olaraq narahatlıq və mənəvi iztirab yaşadır”, - deyə məlumatda qeyd olunur.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

"Prezidentimizin quluyam..." - İşdən çıxarılan nazir müavini

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

YAP-dan Cəmil Həsənliyə cavab: "Soçi görüşündən narahat olublar..."

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Operativ Qərargahda "Omikron" ştammı və "Yeni il şənliklərində təhlükəsizlik qaydaları" ilə bağlı geniş iclas keçirilib

Formula 1 pilotları "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak edirlər - Yenilənib

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

Ən çox oxunanalar