Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrana cavab olaraq Azərbaycanın İsraildə səfirlik açmasının vaxtı çatıb...

Azərbaycan uzun illər İrana görə, İsraildə səfirlik açmırdı. Yəni rəsmi Bakı Tehranın İsrail həssaslığını anlayırdı və bunu nəzərə alırdı...

Politoloq: “Azərbaycanın İsraildə səfirlik açması artıq yetişmiş və vaxtı çatmış məsələdir”

“Uzun illər Azərbaycan İrana mülayim hərəkətlərlə davranıb. İran İsraili diplomatik səviyyədə tanımamaq niyyətindən Azərbaycan xəbərdar olduğuma görə Azərbaycan da İsraildə səfirlik açmayıb. Amma indi biz gördük ki, qonşumuz İran ermənidən də betər Azərbaycana düşmənçilik siyasəti yeridir”.

Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycanın İsraildə səfirlik açması məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycan uzun illər İrana görə, İsraildə səfirlik açmırdı. Yəni rəsmi Bakı Tehranın İsrail həssaslığını anlayırdı və bunu nəzərə alırdı. 44 günlük müharibə sonrakı proseslər bizə göstərdi ki, rəsmi Tehran nəinki Bakını narahat etdən məsələləri diqqətə almır, yeri gəlsə təhdid belə etməkdən çəkinmir.

Bir halda ki, İran öz əsl üzünü göstərdi, rəsmi Bakının da adekvat cavab verərək İsraildə səfirlik açmağı düzgün olmazmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Azərbaycanın İsraildə səfirliyi mütləq açılmalıdır”.

Dünyanın ən murdar rejimini qurmuş bir ölkəyə Azərbaycanın hansısa formada cavab verməli olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, İsrail 25 ildir ki, İsrail Azərbaycanda səfirlik açıb. Azərbaycan da öz səfirliyini İsraildə açmalıdır:

Azərbaycanın İsraildə səfirlik açması artıq yetişmiş və vaxtı çatmış məsələdir. Azərbaycanın İsraildə səfirliyi mütləq açılmalıdır. Bu məsələ həyata keçirilməlidir. Məlumdur ki, İsraildə Azərbaycanın ticarət nümayəndəliyi açılıb. Bunun ardınca da İsraildə səfirlik səviyyədə təmsil olunsaq, bu Azərbaycan üçün çox yaxşı hərəkət olardı.

Uzun illər Azərbaycan İrana mülayim hərəkətlərlə davranıb. İran İsraili diplomatik səviyyədə tanımamaq niyyətindən Azərbaycan xəbərdar olduğuna görə Azərbaycan da İsraildə səfirlik açmayıb. Amma indi biz gördük ki, qonşumuz İran ermənidən də betər Azərbaycana düşmənçilik siyasəti yeridir.

Dünyanın ən murdar rejimini qurmuş bir ölkəyə Azərbaycan hansısa formada cavab verməlidir. İsraildə səfirlik açmaq Azərbaycanın öz işidir. İsrail 25 ildir Azərbaycanda səfirlik yaradıb. Azərbaycan da öz səfirliyini İsraildə açmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar