Çərşənbə, 01 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Prezident İlham Əliyev Füzuli-Ağdam avtomobil yolunun təməlini qoyub - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

PİA.az xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun tikintisi barədə məlumat verildi.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, yolun tikintisi Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində həyata keçiriləcək. Uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Layihəyə uyğun olaraq yolboyu körpülərin, avtobus dayanacaqlarının və digər yol infrastrukturunun inşası nəzərdə tutulur. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.

Dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun təməlini qoydu.

Onu da qeyd edək ki, Bərdə-Ağdam, Əhmədbəyli-Füzuli-Şuşa, Zəfər yolu və Füzuli-Hadrut yollarında aparılan işlər də davam edir.

17:10:2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

PİA.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub.

Səfərlə bağlı hazırlanan geniş reportaj oktyabrın 18-də təqdim olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

Bakıda vəzifəli qadını evə salıb təcavüz etdilər

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

General Vəli Ələsgərov həbsxanada ölübmü... - İki gündür xəbər yayılıb, amma rəsmi instansiyalar şərh etmir

DSX: "Helikopter qəzası nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb"

“Mövlam Şıxəliyev MTN təcridxanasını zindana çevirib sahibkarları soyurdu” - zərərçəkən

Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə

Helikopterin qəzaya uğradığı ərazinin görüntüləri - Fotoreportaj

Ən çox oxunanalar