Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan Premyer Liqası: "Neftçi" "Sumqayıt"da xal itirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hər iki qol ikinci hissədə vurulub. 50-ci dəqiqədə meydan sahiblərindən Murad Xaçayev əks-hücum zamanı uzun reyd edərək, topu rəqib qapısından keçirib. Bundan cəmi 4 dəqiqə sonra qonaqların belçikalı yarımmüdafiəçisi Sabir Buqrin uzaqdan baxımlı qola imza atıb.

77-ci dəqiqədə isə "Sumqayıt"ın və Azərbaycan millisinin zədəsini yenicə bərpa olunmuş hücumçusu Əli Qurbani ikili mübarizə zamanı dizindən xəsarət alaraq, əvəzlənməli olub.

Bu nəticədən sonra "Neftçi" 14 xalla 2-ci, "Sumqayıt" 8 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib, "Qəbələ" - "Zirə" matçı isə heç-heçə ilə yekunlaşıb - 1:1. Tura bu gün saat 18:45-də başlanacaq "Sabah" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Azərbaycanda məhkəmə müstəntiqin cəzalandırılması üçün Baş prokurora müraciət edib

Ən çox oxunanalar