Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Prezidentin yeni sərəncamı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir”

"Bu gün Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncama əsasən əməkhaqlarının, pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması üçün atılacaq addımlar əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan ciddi qərarlardan biridir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, 2019-cu ildən başlayaraq koronavirus pandemiyasının dünyaya, o cümlədən Azərbaycan iqtisadiyyatına vurduğu zərərin vətəndaşların həyat tərzində hiss edilməməsi üçün Azərbaycan dövləti bu müddət ərzində çox böyük işlər görüb: “Eyni zamanda, məhdudiyyətlər, məcburiyyətdən müəyyən iş yerlərinin bağlanması əhalinin bir hissəsinin əmək haqlarından və gəlirlərindən məhrum olmasına gətirib çıxardırdı. Dövlət tərəfindən həmin şəxslərə müəyyən yardımlar göstərildi, bununla belə dünya bazarına müəyyən məhsulların qiymətinin artması Azərbaycanda da müəyyən istehlak məhsullarının qiymətinin müəyyən qədər artmasına, əhalinin təlabatının genişlənməsi faktoru da bu gün müəyyən qədər rol oynayır. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev Nazirlər Kabinetinə gələn ilin büdcəsindən əhalinin əhəmiyyətli bir hissəsinin əmək haqlarının, pensiyalarının artırılması ilə bağlı tapşırıqlar verib. 2022-ci ilə olan büdcə lahiyəsi yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacaq və Prezidentin tapşırığına uyğun olaraq həmin büdcə layihəsində müəyyən dəyişiklər ediləcək”.

A.Mirzəzadə bildirib ki, ölkə başçısının yeni sərəncamı 2 milyona yaxın vətəndaşın rifahının daha da yaxşılaşmasına xidmət edəcək: “Yeni sərəncam həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətdir. Sərəncam bir daha göstərdi ki, əhalinin sosial vəziyyətinin yüksək səviyyədə olması hər zaman dövlətin və ölkə başçısının  diqqətindədir. Bu istiqamətdə atılmış bu, heç də sonuncu addım deyil. Bundan sonra da əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən ciddi tədbirlər görüləcək. Manatın dəyəri qorunub-saxlanılır, yeni iş yerləri yaradılır, biznes mühitinin yaxşılaşdırılması üçün ciddi addımlar atılır. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması, bu ilin sonuna qədər məcburi köçkünlərin dədə-baba yurduna qayıtması təbii ki, əhalinin sosial vəziyyətin yaxşılaşmasına ciddi təsirini göstərəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar