Şənbə, 27 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Chafee” esminesinin (döyüş hərbi gəmisi – red.) Yapon dənizində Rusiya dövlət sərhədini pozmağa cəhdlə bağlı ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

PİA.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd edilib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Atlantik okeanda Rusiya sualtı gəmilərinə qarşı çıxmaq üçün yeni bir esmines qrupu yaradıb: “ABŞ Silahlı Qüvvələrinin nümayəndəsinə “Chafee” esminesinin oktyabrın 15-də “Böyük Pyotr” körfəzində Rusiya Federasiyasının dövlət sərhədini pozmaq cəhdi ilə əlaqədar olaraq Rusiya tərəfinin mövqeyi barədə məlumat verildi.

ABŞ-ın hərbi attaşesinin diqqətinə çatdırılıb ki, açıq dənizlərdə insidentlərin qarşısının alınması ilə bağlı Rusiya-ABŞ arasında mövcud olan müqaviləsinin müddəalarını kobud şəkildə pozan amerikalı dənizçilər qeyri-peşəkar hərəkət edib.

Xatırladaq ki, oktyabrın 15-də yerli vaxtla, təxminən 17:00-da ABŞ Hərbi Dəniz Qüvvələrinin “Chafee” esminesi Rusiyanın ərazi sularına yaxınlaşaraq dövlət sərhədini keçməyə cəhd edib. Rusiya Sakit Okean Donanmasının “Admiral Tribus” gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesinin dövlət sərhədini pozmasına imkan verməyib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elman Rüstəmovun yerinə seçilən Mahir Məmmədov kimdir? - Dosye

ABŞ-ın Ərdoğanı devirmək planı - Bakı Türkiyənin yanında yer almalı

Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti tənqid etdi - Video

Ramiz Mehdiyev AMEA-da həbslərə hazırlıq görür - kimlərin başı gedəcək?

Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”

Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər

Soçidə İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli görüş keçirilib - Video, Yenilənib

Soçi görüşündən gözləntilər... - Rusiyaya Azərbaycanla Ermənistan arasında davamlı sülh lazımdır?

Ən çox oxunanalar