Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbuhi Abbasov: "Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirdiyi fikirlər regionun siyasi mənzərəsinin real təsviri idi"

Bu sözləri Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına münasibət bildirərkən internet-media ekspert, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov bildirib.

Onun sözlərinə görə bu çıxış həm də gələcəyin yenidən, sülh şəraitində qurulmasının konturlarını göstərdi: "Prezident İlham Əliyev faktlarla danışdı, dünyanın faktiki olaraq bildiyi, ancaq qəbul etmədiyi məqamları şura üzvlərinin diqqətinə çatdırdı. Hər kəs gözəl bilirdi ki, Ermənistan Cənubi Qafqazın cənnəti sayılan Qarabağın həm yerüstü, həm də yeraltı sərvətlərini talan edib və bunu tək etməyib, İranAvropa şirkətləri ilə birlikdə edib. Minlərlə vətəndaşımızın evi, tarixi-mədəni abidələrimiz sökülərək, talan edilib, İrana və Ermənistana daşınıb. Daşınması mümkün olmayan əmlaklar isə vandalcasına məhv edilib. Məscidlərimiz, məbədlərimiz nəinki talan edilib, təhqir olunub və bu İranın gözü qarşısında baş verib. Ən dəhşətlisi isə odur ki, erməni və iran narkotacirləri bu ərazini qlobal narkotranzitə çevirmişdilər. Bu artıq regional deyil, qlobal təhlükəsizliyə təhdid idi. Bütün bunları 30 il ərzində dünya birliyi görmürdümü? Bəli, Ali Baş Komandanın dediyi kimi, ordumuz BMT-nin 30 ildə icra etmədiyi qətnamələri icra etdi. İndi isə, dünyada analoqu olmayan surətlə Qarabağı yenidən cənnətə döndərəcəyik” – deyə S.Abbasov qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar