Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti - "ADY Konteyner” MMC ilk dəfə olaraq TURKUAZ layihəsi çərçivəsində ölkənin işğaldan azad olunmuş ərazilərinə - Şərqi Zəngəzur İqtisadi Zonasına Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə konteyner daşıması həyata keçirir.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, qatarla payızlıq əkin üçün toxumluq buğda gətirilir.

28 konteynerdən ibarət ilk blok qatar Türkiyənin Tekirdağ bölgəsindən (İstanbul) yola salınıb. Konteynerlər 40 futluqdur. Qatar ölkəmizin ərazinə çatdıqdan sonra dəmir yolu nəqliyyatı vasitəsilə müəyyən olunmuş stansiyaya qədər gətiriləcək. Daha sonra konteynerlər avtomaşınlara aşırılaraq işğaldan azad olunmuş ZəngilanQubadlı rayonlarına çatdırılacaq.

TURKUAZ layihəsi - “ADY Konteyner” in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsuldur.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar