Şənbə, 04 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Saakaşvili Gürcüstana necə qayıdıb?

Gözlənilmədən Gürcüstanda peyda olan Mixeil Saakaşvilinin vətəninə necə döndüyü barədə müxtəlif mülahizələr irəli sürülməkdədir.

“AzPolitika.info” xəbər verir ki, Gürcüstan mətbuatında sabiq prezidentin ən çox Türkiyə ərazisindən keçərək ölkəyə gəldiyi ehtimalı üzərində dayanılır. Ancaq ErmənistanAzərbaycan variantlarını da müzakirə edənlər var. Gürcüstandakı tanınmış təhlükəsizlik mütəxəssislərindən biri olan Besik Aladaşvili ölkə mətbuatına bildirib ki, sabiq prezident böyük ehtimalla Ukraynadan Türkiyəyə gəlib, oradansa ölkələr arasındakı quru sərhədlərindəki boşluqlardan istifadə edərək Gürcüstana keçə bilib. O, deyib ki, Türkiyə ilə quru sərhədləri tam qorunmur və Saakaşvilinin bundan xəbəri olub. Bu səbəbdən onun bələdçilərin köməyilə Türkiyədən ölkəyə qeyri-qanuni şəkildə keçdiyi güman olunur.

Lakin ekspertin fikrincə, digər variantları – Saakaşvilinin Azərbaycandan, yaxud Ermənistandan keçməsi ehtimallarını da tam istisna etmək olmaz. Hər iki ölkə ilə Ukraynanın hava əlaqəsi var. Ancaq bununla yanaşı B.Aladaşvili qeyd edib ki, hər iki ölkədə əhalinin yarıdan çoxu Saakaşvilini üzdən tanıyır. Bu da sabiq prezident üçün riskləri artırmış olardı. Türkiyədə isə bu şəxs Cənubi Qafqazda olduğu qədər populyar deyil. Ona görə də Saakaşvilinin məhz Türkiyədən, özü də quru sərhədlərdən keçməklə Gürcüstana gəlməsi ehtimalı daha yüksəkdir.

Onu da qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə sərhədi qanunsuz keçdiyi üçün Saakaşvili 5 ilədək azadlıqdan məhrum oluna bilər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Yerinə qızını gətirir: Eldar Yunusovun baxçalarla bağlı varis planı - Video

Ağ Evdən Bakıya mühüm jest - "Demokratiya sammiti" ərəfəsi İrəvana zərbə

Azərbaycanlı ayətullah Sistanini əvəz edəcək - Ayətullah əl-İrəvani İraq şiələrinin lideri olacaq...

Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar təsdiqlənib

Murad Süleymanov saxta dərman probleminin həll edilməsi üçün bu neçə ildə nə edib?

Xocavənddə Azərbaycan hərbçisi ona hücum edən erməni əsilli şəxsi zərərsizləşdirib

Polkovnik Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş - Video

"Bu, müstəqil Azərbaycanın ən böyük büdcəsidir" - Əli Əsədov

Ermənistan ABŞ-ın “anti-Rusiya sammiti”ndə - Peskovun xəbərdarlığı

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

Gözlər Haaqada - Beynəlxalq məhkəmədən nə qərar gözləyək?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay