Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan bütün Dağlıq Qarabağ üzərində tam və yekun nəzarətə nail olacaq...” - Rusiyalı analitik

44 günlük ikinci Qarabağ müharibəsinin başlamasının ildönümü ilə bağlı beynəlxalq ekspertlər və analitiklər, nüfuzlu KİV-lər regionda Azərbaycanın qələbəsindən sonra yaranmış yeni vəziyyəti təhlil edirlər. Rusiyadakı strategiyaların və texnologiyaların analizi Mərkəzinin direktoru Ruslan Puxov özünün “Kommersant” qəzetində dərc edilmiş məqaləsində müharibənin Cənubi Qafqazda siyasi və hərbi balansı kökündən dəyişdirdiyini yazır. Xatırladaq ki, bu günlərdə həmin mərkəz Qarabağ müharibəsinin gedişi və siyasi, geosiyasi nəticələri barədə  Ruslan Puxovun redaktəsi ilə “Qafqazda fırtına” adlı kitab nəşr etdirmişdi. Bu kitabdan xülasələrlə virtualaz.org oxucuları artıq tanışdır.

Ruslan Puxov qeyd edir ki, müharibə Türkiyənin regional nəhəng dövlət kimi nüfuzunun daha da artmasına, Rusiyanın Cənubi Qafqazda nüfuzunun hüdudlarının müəyyənləşdirilməsinə, ABŞAvropa İttifaqı ölkələrinin postsovet məkanının bu hissəsinə real marağının dərəcəsinin aydınlaşmasına gətirib çıxardı.

Azərbaycanın havada pilotsuz aparatların və zərbə dronlarının köməyi ilə hökmranlıq əldə etməsi nəinki müharibənin gedişatını müəyyən edən başlıca amillərdən biri oldu, eyni zamanda bu miqyasda silahlı münaqişələr üçün hərb sənətinin sonrakı inkişafını müəyyən etdi”, - müəllif yazır.

Ruslan Puxova görə, 26 il “dondurulmuş” vəziyyətdə qalandan sonra Ermənistan-Azərbaycan münaqişəsinin bu cür sürətlə və güclü şəkildə yenidən başlaması Qarabağdakı indiki vəziyyətin dayanıqlı olmayacağını deməyə əsas verir. “Bir halda ki, belədir, o zaman nəinki müharibənin dərslərini nəzərə almaq, eyni zamanda onun yaratdığı dinamikanı izləmək lazımdır”, - rusiyalı təhlilçi belə yazır.

Puxovun fikrincə, ilk növbədə ondan çıxış etmək lazımdır ki, müharibənin yekunları məğlub tərəfi şoka salıb ona dərin yara vursa da qalibləri də tam qane etməyib. “Əgər erməni tərəfinin revanş imkanları təsəvvür olunan perspektiv üçün üfüqdə görünmürsə belə Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində tam və yekun nəzarəti bərpa etməyə nail olacaq”, - o bildirir.

Müəllif hesab  edir ki, müharibənin nəticələri Rusiyanı da mürəkkəb vəziyyətdə qoyub. Puxovun yazdığına görə, bir çox beynəlxalq analitiklər tələsərək hərbi əməliyyatların dayandırılması razılaşmasını və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsini Moskvanın qələbəsi adlandırıblar. Rusiya qoşunlarının indi hər üç Cənubi Qafqaz ölkəsində iştirakını qeyd ediblər.

“Amma belə baxışlar nəinki səthidir, eyni zamanda mahiyyətcə doğru deyil. Rusiyanın Ermənistan,Abxaziya və Cənubi Osetiyadakı bazaları ilə bağlı situasiyanı bir kənara qoyaraq qeyd etmək lazımdır ki, Rusiyanın Qarabağdakı sülhməramlı iştirakı şərtidir. Rusiya sülhməramlılarının beşillik mandatı, yəni faktiki olaraq müvəqqəti statusu uzadıla bilər, amma belə uzadılma baş versə belə asan, xüsusən də avtomatik olmayacaq. Öz müttəfiqi Ankara ilə birlikdə Bakı artıq Moskvaya regionun Azərbaycanın nəzarətinə qaytarılması üçün təzyiq göstərməyə çalışır”, - Puxov yazır.

Hələlik isə onun fikrincə, Rusiya rəhbərliyi taktiki səviyyədə yaxşı manevr edir. Moskva müharibədən sonra da Ermənistanı özünün strateji müttəfiqi olaraq saxlayıb, Azərbaycanla isə tərəfdaşlıq münasibətlərini davam etdirir. Eyni zamanda Türkiyənin Qafqazdakı iştirakını reallıq kimi qəbul edir. (virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar