Ötən ilin 27 sentyabrından başlayan və Ordumuzun parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir.
Bu barədə PİA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Anım Günü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad edilib.
Şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.
pia.az