Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: "Qalib gəlməmişiksə, bunda heç nə axtarmırıq"

"Belə oyunlar il ərzində 1-2 dəfə olur. Kənardan oyun sönük görünürdü, sanki yuxu kimi idi. Amma 1 xal əldə etdik. Qalib gəlməmişiksə, bunda heç nə axtarmırıq".

PİA.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, yaxşı futbol üçün yaxşı meydança vacibdir: "Süni örtükdə topu düzgün ram etmək, sürətli oynamaq olmur. Müdafiədə oturan komandaya qarşı oynamaq üçün yaxşı meydança lazımdır. Bir neçə qol epizodu yaratsaq da, qələbə qazana bilmədik. Rəqib isə bir fürsətdən yararlandı. Futbolçularımız əziyyət çəkdi. "Keşlə"yə və Sənan Qurbanova uğurlar arzu edirəm".

Qurbanovun sözlərinə görə, Zubirin başla qol vurmağı yadına gəlmir: "Qoldan sonra sevinərək, mənə tərəf gəldilər. Bunun xüsusi bir səbəbi yoxdur". (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar