Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti: "Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu"

“İlk uğurlarımız həm hərbi əməliyyatların aparılması, həm də Azərbaycan Silahlı Qüvvələrinin mənəvi ruhu baxımından çox vacib rol oynadı. Düşünürəm ki, İkinci Qarabağ müharibəsi məhz uğura aparan amillər baxımından son dərəcə nümunəvidir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

Dövlət başçısı Hadrut əməliyyatının vacibliyinə diqqəti cəlb edib: “Bizi orada gözləmirdilər, Ermənistan tərəfi bizim o istiqamətdə irəlilədiyimizi güman etmirdi. Bu, düşmən üçün tam gözlənilməz oldu. Hadrutu ələ keçirdiyimizdən bir neçə gün sonra belə onlar şəhərə nəzarət etdiklərini iddia edirdilər. Hadrutun hakim yüksəkliklərində bizim döyüşçülərin olduğu bir zamanda ermənilər şəhərin ələ keçirilib-keçirilməməsi məsələsinə bir qədər diletant yanaşırdılar. Hadrut ətrafındakı bütün hakim yüksəklikləri ələ keçirdikdən sonra şəhərin taleyi mahiyyət etibarı ilə həll edilmişdi. Bizim mümkün qədər az itkilərlə şəhərə fiziki daxil olmağımız vaxt məsələsi idi. Hərbçimizin şəhər administrasiyasının binası üzərinə Azərbaycan bayrağını taxması və mənə məruzə etməsi ilə bağlı görüntülər televiziyada yayımlandıqdan sonra Ermənistan tərəfinin nağıl uydurmaq üçün heç bir əsası qalmadı".

Prezident İlham Əliyev Hadrutdan öncə - oktyabr ayının əvvəllərində Cəbrayıl şəhərinin azad edildiyini deyib: “Bu, simvolik baxımdan əhəmiyyətli idi. Çünki Cəbrayıl azad etdiyimiz ilk şəhər oldu – bundan əvvəl yalnız kəndləri və yaşayış məntəqələrini azad etmişdik. Şübhəsiz ki, 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi vacib mərhələ oldu. Belə ki, bu böyük şəhər əhali sayına görə Qarabağ bölgəsinin Ağdamdan sonra ikinci şəhəri idi".

“Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu. Zəfər yolu ilə Şuşaya gələn hər kəs bizim ora haradan getdiyimizi görə bilər. Bu, fiziki və mənəvi səylərin inanılmaz səfərbərliyi idi. Günlərlə meşədə, yolsuzluq şəraitində, yüngül silahlarla, yorulmadan irəliləmək və sonra Şuşa şəhərini azad etmək misilsiz rəşadət, əsl qəhrəmanlıq nümunəsidir. Təbii ki, Şuşanın azad edilməsi düşmənin belini qırdı, onlar demək olar, bundan sonra təslim oldular!”, - Prezident deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar