Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaricdə əmlakı olanlar: Azərbaycan ilk dəfə məhkumların xaricdəki əmlakını müsadirə etmək istəyir

Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi xari­ci ölkələrdə yerləşən əmlakın müsadirə edilməsi, həmin əmlakın yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görüb.

PİA.az xəbər verir ki, bu barədə idarənin rəisi Vüqar Əliyev məlumat verib.

Onun sözlərinə görə, ilk dəfə ola­raq məhkum edilmiş şəxslərin xaricdə olan əmlakların müsadirə edilməsi məqsədilə Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinin tələblərinə əsasən 2 şəxs barəsində çıxarılmış məhkəmə qərarları və digər zəruri sənədlərin sorğu verilən xarici ölkələrin dillərinə tərcüməsi təmin edilib, təqsirləndirilən şəxsin adına Türkiyənin “Yapı Kredi Bank”ındakı hesabında 87 740,39 ABŞ dolları, Almaniyanın “Deutche Bank”ındakı hesabında 10 142 832,04 dollar və İsveçrənin kommersiya bankındakı 1 257 222 dollar məbləğində pul vəsaitinin xüsusi müsadirə edilməsi ilə bağlı həmin dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib.

Fəaliyyət göstərdiyi müddət ərzində İdarə istintaq qurumlarının sorğusuna əsasən 35 sayda əmlakın o cümlədən, 3 torpaq sahəsi, 6 nəqliyyat vasitəsi, 26 daşınmaz əmlakın mövcud­luğunu yerində yoxlanılmaqla bazar kon­yunkturasına uyğun qiymətləndirib. Təqdim olunan məlumatlar əsasında sorğu verən istintaq orqanının qiymətləndirdiyi əmlakların üzərinə həbs qoyulub.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar