Bazar ertəsi, 18 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Təşkilat Komitəsindən "Report"a verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcəkdir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rusiya təyyarələri xəbərdarlıq vərəqləri səpib: T-90 tankları bölgəyə göndərilir...

Prezident: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar - Yenilənib

Prezident və Birinci xanım Füzulidə belə qarşılandı - Video

Qarabaşaq sıyığın düzgün bişirilməsi qaydaları

Eldar Mahmudovla bandasının ifşasından 6 il ötür - Təfərrüat

ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib

15 yaşlı qız növbəti dəfə bədənində xəsarətlərlə evdən qaçıb - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay