Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makrona vurulan “anqlosakson şapalağı” - Fransa yenidən NATO-nu tərk edəcəkmi?

Prezident Emmanuel Makron isə küçədə öz vətəndaşının silləsini yedikdən sonra, bu dəfə də Britaniya-Amerika alyansının “şapalağını” yedi və bu “şapalaqdan” sonra o, heç də özünə gələ bilmir...

Politoloq: “Faktiki olaraq biz son beş ildə onun şahidiyik ki, anqlosakslarla köhnə avropalılar arasında ciddi şəkildə geosiyasi mübarizə və fikir ayrılıqları mövcuddur”.

“Avstraliyanın İngiltərə və ABŞ-ın xeyrinə olaraq Fransadan imtina etməsi Makronu hiddətləndirən əsas səbəblərdən biri oldu”.

Bu sözləri politoloq Zaur Məmmədov Fransa ilə ABŞ, Britaniya və Avstariliya arasında olan gərginliyin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftənin əsas hadisəsi Fransa ilə ABŞ, Britaniya və Avstariliya arasında olan gərginlik oldu və hətta gərginlik o səviyyəyə çatdı ki, Fransa ABŞ və Avstarliyadan öz səfirlərini geri çağırdı.

Hazırda Fransanın xarici siyasəti 21-ci əsrin ən böyük məğlubiyyətini yaşayır və bu məğlubiyyət həm Parisin bundan sonrakı siyasətinə, həm də Makronun bundan sonrakı siyasi həyatına ciddi təsir edəcək. Sönbət təbii ki, Avstraliya, İngiltərə və ABŞ arasında qurulan AUKUS ittifaqı çərçivəsində Avstraliyanın Fransadan almaqdan imtina etdiyi 66 milyard dollarlıq nüvə sualtı gəmilərindən gedir və bu imtina Qərb dünyasında beynəlxalq siyasi xaos yaradıb. Belə görünür ki, məsələ heç də milyardlarda deyil, məhz geosiyasətdədir.

Artıq fransızlar baş verənləri “böyük xəyanət”, “ürəyə vurulan zərbə” kimi dəyərrləndirir və öz müttəfiqlərini “yalançı dostlar” adlandırırlar.

Prezident Emmanuel Makron isə küçədə öz vətəndaşının silləsini yedikdən sonra, bu dəfə də Britaniya-Amerika alyansının “şapalağını” yedi və bu “şapalaqdan” sonra o, heç də özünə gələ bilmir. Çünki Makron ən əlçaldılmış vəziyyətə düşüb və bu vəziyyətdən başı dik çıxması da imkansız görünür. Fransızlar üçün Makron artıq tamamilə tükənmiş siyasətçidir və Fransa prezidentinin tükənməsi bütün fransılar üçün ağrılı bir alçalmadır.

Yaranmış vəziyyəti şərh edən analitikləri isə Fransanın yenidən NATO-nu tərk etməsini də istisna etmirlər.

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Yaxın vaxtlarda ABŞ və Fransa arasında münasibətlərin daha da korlanmasını və Fransanın NATO-dan bir daha çıxmasını reallıqdan uzaq hesab edirəm”.

Əslində milli baxımdan bunun anqlosakslarla köhnə avropalıların davası yox, daha çox onların arxasında olan qüvvələrin fikir ayrılıqları ilə bağlı olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu qüvvələr isə planetar gücə sahib olan ailələrdir:

“Faktiki olaraq biz son beş ildə onun şahidiyik ki, anqlosakslarla köhnə avropalılar arasında ciddi şəkildə geosiyasi mübarizə və fikir ayrılıqları mövcuddur. Fransa prezidenti Emanuel Makron hakimiyyətə gələr-gəlməz Avropa İttifaqının özünün hərbi təşkilata ehtiyacı olduğu ilə bağlı çıxışlar etdi. Eyni zamanda Böyük Britaniyanın Avropa Birliyindən çıxması da onlar arasında fikir mübadiləsinin olmasının bariz nümunəsidir.

Əslində milli baxımdan bu anqlosakslarla köhnə avropalıların davası yox, daha çox onların arxasında olan qüvvələrin fikir ayrılıqları ilə bağlıdır. Bu qüvvələr isə planetar gücə sahib olan ailələrdir. Məsələn Fransa prezidentinin prezidentlikdən əvvəl hansı bankda işləməsi, hansı ailə ilə yaxın olması hər kəsə məlumdur.

Məsələ burasındadır ki, Fransa son zamanlar hərbi texniki əməkdaşlığını genişləndirməyə müvəffəq olsaydı, bu zaman Paris güclü şəkildə güc əldə edə və hərbi texniki imkanlarını daha da genişləndirə bilərdi. Bu həm də Fransa ətrafında partnyor ölkələrin sayını çoxaldan amillərdən olacaqdı. Burada Avstariliya ilə milyonlarla dollarlıq kontaktdan söhbət gedir.

Zaur Məmmədov: “Fransa və ABŞ xarici siyasətlə bağlı daimi bir-birlərinə dəstək verib. Bu ölkələr heç zaman bir-birinin geosiyasi maraqlarını təhdid edəcək qərarlar qəbul etmirlər”.

Avstraliyanın İngiltərə və ABŞ-ın xeyrinə olaraq Fransadan imtina etməsi Makronu hiddətləndirən əsas səbəblərdən biri oldu. Amma ümumi baxanda qeyd etməliyik ki, Fransa və ABŞ xarici siyasətlə bağlı daimi bir-birlərinə dəstək verib. Bu ölkələr heç zaman bir-birinin geosiyasi maraqlarını təhdid edəcək qərarlar qəbul etmirlər. Bu Vaşinqtonla Paris arasında çox unikal münasibətlərin olmasının göstəricisidir.

2001-ci ildə ABŞ-ın Əfqanıstana girməsi, 2010-2011-ci illərdə Ərəb baharı, Qəddafinin hakimiyyətdən getməsi, Hüsnü Mübarəklə bağlı qərarlar da Fransa və ABŞ-ın federasiyalı birgə səyləri nəticəsində baş tutmuşdu. Bütün bunlara görə də düşünürəm ki, ABŞ və Fransa arasında fikir ayrılığı olsa da, eyni cəbhəyə xidmət etdikdə bir-birlərini yaxşı müdafiə etməyi bacarırlar. Buna görə də yaxın vaxtlarda onlar arasında münasibətlərin daha da korlanmasını və Fransanın NATO-dan çıxmasını reallıqdan uzaq hesab edirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar