Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Diplomatik korpusda radikal dəyişikliklərə ehtiyac var" - Politoloq

10 noyabr sənədi imzalandıqdan sonra bəlli idi ki, Azərbaycan mübarizəsini diplomatik müstəvidə aparmalı olacaq. Üstəlik, bu siyasi mübarizə əvvəlkindən ikiqat güclü, peşəkar təşkil edilməlidir. Çünki nəticədən narazı qalan və Ermənistanı dəstəkləyən bəzi beynəlxalq güclərin təzyiqləri, o cümlədən erməni lobbi və diasporasının əl-qolunu sallamayacağı gözlənilən idi. O baxımdan Azərbaycanın bir ildir apardığı diplomatik və informasiya müharibəsində xarici ölkələrdəki səfirlərimizin üzərinə çox böyük iş düşür. Onların fəaliyyətləri ilə bağlı ölkə başçısı zaman-zaman tapşırıqlar verir. Amma yenə də diplomatik nümayəndəliklərimizin fəaliyyəti ürəkaçan deyil. Hətta fəaliyyətsizlikləri əsəb pozanlar da kifayət qədərdir. Çünki səfirlərin əksəriyyəti vəzifəli şəxslərin qohum-əqrəbası, övladı, kürəkəni, doğmalarıdır. Onlar tanışlıqla, qohumluq hesabına, vəzifədə olan ağsaqqallarının himayəsi ilə o postlarda əyləşiblər. Bu da diplomatik korpusu yenidən təşkilatlandırmağı, komplektləşdirməyi zəruri edir. Xüsusən Qərb ölkələrində səfirliklərimiz aktiv fəaliyyət göstərməlidirlər. Xarici İşlər Nazirliyinin də kadr dəyişiklikləri həyata keçirməsi labüddür. Artıq günü kabinetdə və işlədiyi ölkədə qurduğu biznesi idarə etməkdə keçən diplomatlarla vidalaşmaq lazımdır. Çünki ermənilər beynəlxalq ictimaiyyəti az qala inandırmağa çalışır ki, 44 günlük müharibədə məzlum tərəfdirlər. Avropa Birliyinin 2.6 milyardlıq yardım nəzərdə tutması da Qərb mərkəzlərinin bu ölkəyə münasibətindən xəbər verir.

Ona görə səfirliklərimizin şablon iş sistemindən kənara çıxmasına, Avropada diplomatik siyasətimizi gücləndirməsinə ehtiyac var. Məsələn, Azərbaycan əleyhinə parlamenti əski parçası olan qətnamə qəbul etmiş ölkələrdən biri olan Niderlandda səfirliyimiz nə iş görüb? Səfir Fikrət Axundov hansı fəaliyyəti ilə fayda verə bilib? Biz Belçika, Fransa, Almaniya və digər ölkələrdə nə edə bilirik? Axı müharibə bitsə də, problemlər tam həll olmayıb və diplomatik korpusun üzərinə böyük məsuliyyət düşür. Ümumiyyətlə, hücum diplomatiyası var gücü ilə işləməlidir. Ona görə meydan peşəkarların olmalıdır, çaxır satanların, restoran işlədənlərin, Xocalı qətliamı günündə həmin ölkənin hansısa qəzetində məqalə çap etdirənlərin deyil...

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, artıq bu sahədə də islahatlar gedir. A.Mollazadə hesab edir ki, böyük dəyişikliklər var. Deputat ümid edir ki, yeni təyin olunan səfirlər Azərbaycanın işini gücləndirəcək. “Bizim buna ehtiyacımız var. Çox yaxşı olardı ki, fəaliyyəti məhdudlaşdırılan səfirliklərin də işi bərpa olunsun. Azərbaycan bu şəbəkəni genişləndirməlidir və dünya ermənilərin törətdiyi cinayətləri bilməlidir. Ona görə yeni təyinatlar olur, xoşagəlməz hallar aradan qaldırılır, nazirlikdə dəyişikliklər var”, - deyə deputat vurğuladı.

AMİP sədri Arzuxan Əlizadə qeyd etdi ki, sabiq nazir Elmar Məmmədyarovun dönəmində vəziyyət bərbad idi: “Nazirliyin və nazirin Azərbaycan düşüncəsində olmadığını, səfirlərin ya həmin ölkələrə, ya da biznes maraqlarına xidmət etdiyini kəskin şəkildə tənqid edirdik. Gözləyirdik ki, ondan sonra fərqli format olacaq. Xüsusən Azərbaycan müharibədə qalib gəlmiş ölkədir və torpaqların əhəmiyyətli hissəsini azad etmişik. Belə olan halda diplomatiyanın üzərinə ciddi iş düşürdü. Əvvəl müdafiə diplomatiyası idisə, indi hücum olmalıydı. Əfsus ki, biz bunu lazımı səviyyədə görmürük”.

AMİP sədri hesab edir ki, səfirlərin, o cümlədən diasporun üzərinə yük düşür: “Onlar daha çox işləməlidirlər, Azərbaycana bu cür basqılar var, həm beynəlxalq təşkilatlardan, həm Qərbdən, o cəhətdən diplomatik korpus daha güclü işləməlidir. Əfsus ki, durğunluq müşahidə olunur. Ölkəmizə qarşı bu qədər qarayaxmalar var, bunun fonunda səfirliklər fəal işləməliydi. Ona görə diplomatik korpusda radikal dəyişikliklərə ehtiyac var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar