Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa ilə ABŞ, Britaniya və Avstariliya arasında qarşıdurma... - Avropa coğrafiyasının nizamı pozulur?

Böyük geosiyasi kataklizmlər yaşadığımız bu günlərdə anqlosakslarla qall əsilli avropalılar arasında parçalanma Avropa coğrafiyasının nizamını poza bilərmi?.

Politoloq: “Anqlosakslar və franklar bu gün də öz mədəniyyətlərini, sivilizasiyalarını yaymağa çalışırlar”.

“Çinin son on ildə dünyada nüfuzunu artırması siyasəti ənənəvi imperiyaları, ənənəvi dünya birliyi ölkələrini təşvişə salıb. Xüsusən də bu məsələdən ABŞ, Böyük Britaniya, Fransa narahat olur”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Fransa ilə ABŞ, Britaniya və Avstariliya arasında olan gərginliyin siyasi-iqtisadi təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftənin əsas hadisəsi Fransa ilə ABŞ, Britaniya və Avstariliya arasında olan gərginlik oldu və hətta gərginlik o səviyyəyə çatdı ki, Fransa ABŞ və Avstarliyadan öz səfirlərini geri çağırdı. Bəzi ekspertlər Fransanın yenidən NATO-nu tərk etməsini də istisna etmirlər.

Yaşanan bu qarşıdurma Qərb ölkələrinin fikir birliyinə, o cümlədən Avropa Birliyi və NATO-ya necə təsir edə bilər? Böyük geosiyasi kataklizmlər yaşadığımız bu günlərdə anqlosakslarla qall əsilli avropalılar arasında parçalanma Avropa coğrafiyasının nizamını poza bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Bu gün Çin öz iqtisadi iddiaları ilə dünyada ən güclü ölkədir. Ölkənin potensialı həddindən artıq yüksəkdir və yüksəlməkdə də davam edir. Təbii ki, Çinin gücünə qarşı Qərb ölkələri ittifaqlar qurmağa başlayır”.

Artıq Çinə qarşı Sakit Okean hövzəsində August İttifaqının qurulduğunu xatırladan politoloq PİA.az-a bildirib ki, bu ittifaq Çinə qarşı Taliban və başqa məsələri bəhanə edir. Əslində isə onlar Çinin Sakit Okean hövzəsində öz hərbi və siyasi gücünün artırmasını qarşını almaq istəyirlər:

“İlk öncə onu qeyd edim ki, anqlosakslarla qall əsilli avropalılar arasında birlik əvbəldən də yox idi ki, indi də parçalansınlar. Onsuz da Avropa coğrafi, siyasi, mədəni baxımdan həmişə bir neçə milli mədəniyyətlərin qovşağından ibarət olub. Bunların da içərisində ən güclüsü anqlosakslar və franklardır. Almanlar da bu mübarizədə qismən iştirak edir. Çünki Almaniyanın tarixən heç vaxt imperiya iddiaları olmayıb. Amma anqlosakslarla, franklar həmişə imperiya olublar. Bu gün də görürük ki, Almaniya siyasi cəhətdən dünyanın heç bir yerində öz sivilizasiyasını yaymağa çalışmır. Almaniya enerji və iqtisadi sahədə dünya ölkələri ilə əlaqə qurmağa çalışır. Lakin Almaniyanın genişlənməsi nəzərdə tutan heç bir impersionalist planları yoxdur.

Anqlosakslarla və franklar isə bu gün də öz mədəniyyətlərini, sivilizasiyalarını yaymağa çalışırlar. Onlar bunu bir sıra vasitələrlə həyata keçirilər. Bizim olduğumuz bölgədə Fransa və Ermənistanın yaxın əlaqələri bundan xəbər verir.

Çinin son on ildə dünyada nüfuzunu artırması siyasəti ənənəvi imperiyaları, ənənəvi dünya birliyi ölkələrini təşvişə salıb. Xüsusən də bu məsələdən ABŞ, Böyük Britaniya, Fransa narahat olur. Çünki bu ölkələr Çinin dünyada nüfuzunun artmasını öz liberal qaydalarına, həyat tərzlərini təhlükə kimi görürlər. Yəni Çin yad mədəniyyətdir və onun genişlənməsi bütün dünya üçün təhlükə deməkdir.

Nəzakət Məmmədova: “Çin yad mədəniyyətdir və onun genişlənməsi bütün dünya üçün təhlükə deməkdir”.

Çin minilliklər boyu qınına çəkilmiş və özünü dünyadan təcrid edib öz mədəni, siyasi, fəlsəfi ənənələrini saxlamış bir ölkədir. Çin heç vaxt dünyanın işlərinə qarışmayıb, nə də onun işlərinə kiminsə müdaxilə etməsinin tərəfdarı olmayıb. Hərçənd Çinə hücumlar çox olub. Qədim türklərdən tutmuş Yaponiyaya qədər Çinə hücumlar, Çinin işğal altında saxlanması faktları var. Ən son isə Çini Yaponiya uzun illər işğal altında saxlayıb. 19-cu əsrdən isə artıq ABŞ-ın, Britaniyanın Çinə müdaxiləsi başladı. Bundan sonra Çin istər-istəməz dünya ilə təmaslarda oldu. Bunula da Çin özünü təcriddən uzaqlaşdırdı.

Bu gün Çin öz iqtisadi iddiaları ilə dünyada ən güclü ölkədir. Ölkənin potensialı həddindən artıq yüksəkdir və yüksəlməkdə də davam edir. Təbii ki, Çinin gücünə qarşı Qərb ölkələri ittifaqlar qurmağa başlayır. Artıq Çinə qarşı Sakit Okean hövzəsində August İttifaqı quruldu. Bu ittifaq Çinə qarşı Taliban və başqa məsələri bəhanə edir. Əslində isə onlar Çinin Sakit Okean hövzəsində öz hərbi və siyasi gücünün artırmasını qarşını almaq istəyir.

Avstraliya sualtı qayıqlarının satılması da August İttifaqının bir həmləsidir. Təbii ki, burada hər ölkənin hərbi və silah satışı marağı var. Bildiyimiz kimi dünya silah satan ölkələr arasında bölünüb. Biri digərinin bazarına müdaxilə edəndə, bu artıq böyük narazılığa səbəb olur.

Bu üzdəndə düşünürəm ki, yaxın illərdə Sakit okean hövzəsində baş verənlər Avropaya birbaşa təsir edıcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar