Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın dəhlizi bağlanmalıdır - “Rusiya özünü uçuruma sürükləyir”

Ədalət partiyası sədri: "Rusiya “sülhməramlıları” isə öz təyinatlarına uyğun fəaliyyət göstərməyərək, Azərbaycanın ərazi bütövlüyünü pozur"

Azərbaycan Ordusu Laçın dəhlizinə nəzarəti ələ almalıdır. Çünki bu dəhlizin bizim nəzarətimizdə olmaması Qarabağ probleminin həllinə yox, uzadılmasına xidmət edir”.

Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Partiya sədrinin fikrincə, dəhlizin tamamilə rus “sülhməramlı”larının nəzarətində olması Moskvanın iddia etdiyi sülhyaradıcılıq missiyasının zahiri fəlsəfəsinə belə, ziddir: “Rus “sülhməramlıları” guya ermənilərlə bizim aramızda çıxa biləcək insidentləri yatırmaq üçün Qarabağa yerləşdiriliblər. Məqsəd Qarabağda ermənilərlə azərbaycanlıların birgəyaşayışını təmin etməkdir. “Sülhməramlılar” bir ilə yaxındır ki, Qarabağdadırlar. Qarşıya qoyduqları missiyaya uyğun hansı addımları atıblar? Qarabağa dinc əhalimiz köçürülübmü? Xeyr. Heç bunu təsəvvürə belə, gətirə bilmirik. Əksinə, erməni separatçıları rus əsgərlərinin Qarabağda yerləşdirilməsindən həvəslənib öz düşmən mövqelərini daha da gücləndirir, Azərbaycana qarşı hər cür təxribatlara əl atırlar. Laçın dəhlizindən istifadə edib yenidən silahlanırlar. Halbuki, Laçın dəhlizi yalnız humanitar məqsədlərlə açıq olmalı, ordan Qarabağ ermənilərinə ərzaq malları və dərman preparatları aparılmalı idi. Amma bu dəhliz faktiki olaraq Azərbaycanın ərazisində terror qruplaşmalarını və ölkəmizin ərazi bütövlüyünə qəsd etməyə hazırlaşan separatçıları gücləndirmək üçün istifadə olunur”.

Partiya sədri məhz bu səbəbdən rus “sülhməramlılarının” BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Konstitusiyasının bir çox maddələrini kobud şəkildə pozduğunu iddia edir: “BMT Nizamnaməsinin müvafiq maddəsində deyilir:

“Bütün Üzvlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər”.

Bu maddədən də göründüyü kimi, təşkilatın hər bir üzvü digərinin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmətlə yanaşmalı və güc tətbiq etməməlidir. Rusiya “sülhməramlıları” isə öz təyinatlarına uyğun fəaliyyət göstərməyərək, Azərbaycanın ərazi bütövlüyünü pozur və bundan onun siyasi müstəqilliyinə qarşı faydalanır”.

Ədalət partiyası sədrinin fikrincə, rus “sülhməramlı”larının BMT Nizamnaməsinin bu təməl prinsiplərindən kənara çıxmasının beynəlxalq hüquqda bir adı var – işğal: “Rusiyanın bu hərəkətləri istər-istəməz bir sıra beynəlxalq güc mərkəzlərinin də diqqətini Qarabağa yönəldə və bizim ərazimizi qlobal güclərin hesablaşdığı məkana çevirə bilər. Necə ki, 1979-cu ildə rus qoşunları Əfqanıstana da guya humanist tələblərlə girmişdi. 10 illik mübarizədən sonra iqtisadı və siyasi cəhətdən tamamilə sarsılaraq çıxdı. Nəticədə SSRİ dağıldı. Ən çox zərərçəkən isə Əfqanıstan oldu. İndiyədək bu ölkədə sülh yaratmaq mümkün olmayıb. Rusiya indi də dünyanın bir çox bölgələrində eyni səhvi təkrarlayır və həmin ölkələrlə yanaşı, özünü də uçuruma sürükləyir. Hesab edirəm ki, bizimlə Rusiya arasında uzun əsrlərə söykənən dostluq münasibətləri var və Moskva bu münasibətlərə kölgə salacaq davranışlara yol verməməlidir. Çünki yaxın qonşular arasında ancaq dostluq münasibətləri yaşayacaq və bütün tərəfləri inkişaf etdirəcək. Odur ki, bir-birimizə qarşı düşmən hərəkətlərə yol verərək bu müsbət perspektivlərin üzərindən xətt çəkməməliyik”.

Partiya sədri hesab edir ki, Azərbaycanın siyasi hakimiyyətinin də üzərinə bu məsələdə xeyli məsuliyyət yükü düşür, çünki onun bir nömrəli vəzifəsi ərazi bütövlüyümüzü təmin etməkdir: “Konstitusiyanın bir sıra maddələrində bu açıq şəkildə ifadə olunur. Əsas Qanunun preambulasında dövlətin başlıca vəzifələrindən bəhs edilərkən onun ilk qayəsi olaraq 3 vacib prinsip göstərilir: Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq. Göründüyü kimi, dövlətin ilk prioritet vəzifəsi dövlət müstəqilliyi, suverenlik və ərazi bütövlüyüdür. Laçın dəhlizinə nəzarəti rus “sülhməramlı”larına vermək isə bu prinsiplərə ziddir”.

İlyas İsmayılov yalnız Qafan-Gorus dəhlizini nəzarətə götürməklə Qarabağa silah və qeyri-humanitar malların daşınmasının qarşısının alına bilinməyəcəyini düşünür: “Çünki Qarabağa yük daşımaları Laçın koridorundan keçir. Azərbaycan məhz bu dəhlizə nəzarət etməklə öz hədəfinə çata bilər. Düzdür, bizim ərazimiz olduğuna görə Gorus-Qafan yolunda da nəzarət-buraxılış məntəqəsi qurulmalı idi və quruldu. Amma mövzunu mövzuya qarışdırmayaq. Ermənistandan Qarabağa yük daşımalarını da nəzarət altına almalı və burada gömrük məntəqəsi qurmalıyıq. Həmin dəhlizdən keçən hər bir maşından da rüsum alınmalıdır. Çünki başqa ölkənin ərazisindən bizə mal keçirilir. Biz ən yaxın dostumuz Türkiyədən belə, sərhəddən keçirilən hər məhsul üçün rüsum istəyirik. Bizə qarşı düşmənçilik iddialarından əl çəkməyən, bizi dövlət olaraq tanımayan bir ölkəyə niyə bu cür güzəştli yanaşma sərgiləyirik? Hakimiyyət bu mövqeyini heç nə ilə əsaslandıra bilməz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar