Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərviz Şahbazov: “Rusiya şirkətləri neft-qaz sektorumuza 4,9 mlrd dollar pul qoyub"

"Azərbaycan ən əlverişli investisiya şərtlərinə malik ölkələrdən biridir. Hökumət ölkənin investisiya cəlbediciliyini artırmaq üçün daim çalışır. Bu tədbirlər sayəsində Dünya Bankı "Doing Business 2020" hesabatında Azərbaycanı ən qabaqcıl 20 islahatçı ölkə sırasına daxil edib".

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın neft və qaz sektoru da hər zaman xarici investisiyalar üçün cəlbedici olub: “2000-ci ildən 2020-ci ilə qədər olan dövrdə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard ABŞ dolları sərmayə qoyulub ki, bunun da 79,5 %-i xarici investisiyalardır. Rusiya investisiyalarına gəldikdə, ilk növbədə qeyd etmək lazımdır ki, AzərbaycanRusiya prezidentlərinin səyləri sayəsində ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr durmadan inkişaf edir və bu gün strateji əməkdaşlıq səviyyəsinə çatıb”.

Nazir bildirib ki, bu amil iqtisadiyyatın bütün sahələrində, o cümlədən neft-qaz sektorunda əməkdaşlıq üçün geniş imkanlar açır: “Həmçinin qeyd etmək lazımdır ki, 2014-cü ildə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" Saziş imzalanıb ki, bu da öz növbəsində ikitərəfli əməkdaşlıqda iqtisadiyyatın inkişafına mühüm töhfə verir”.

P. Şahbazov bildirib ki, bunun üçün də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində yaxşı bir dinamikanın olması təəccüblü deyil: “Bu gün Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna sərmayələrinin ümumi həcmi bu ilin 1 aprel tarixinə 4,9 milyard ABŞ dolları təşkil edib”.

Nazir xatırladıb ki, “Lukoil” Azərbaycanın neft və qaz sektorunda işə başlayan ilk şirkətlərdən biridir: “Şirkət 1990-cı illərin əvvəllərində “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsi ilə başlayıb. Şirkət həmçinin dünyanın ən böyük layihələrindən biri olan “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsində iştirak edir. Bundan başqa təbii qazın Avropaya nəql edildiyi Cənubi Qafqaz Qaz Kəməri layihəsində 10 % paya malikdir. “Lukoil”in Azərbaycanda öz yanacaqdoldurma məntəqələri şəbəkəsi də var”.

Rusiya şirkəti ilə gələcək əməkdaşlığa gəlincə isə P. Şahbazov vurğulayıb ki, 21 yanvar 2021-ci ildə Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb: “Lukoil” "Dostluq" yatağının işlənməsində operator olaraq iştirak etmək niyyətini bildirib”.(report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar