Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərin küçələrinə işıq verildi - Video

Azərişıq” ASC Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib.

Bu barədə PİA.az-a qurumdan məlumat verilib.

Məlumata görə, hazırda Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyətli etmək üçün əsaslı işlər görülür. 110 kV-lıq Kəlbəcər xəttinə elektrik enerjisi ötürəcək Daşkəsəndə yerləşən 110 kV-luq yeni “Daşkəsən” yarımstansiyası inşa edilir.

Həmçinin mənbə kimi istifadə olunacaq “Gəncə-2” yarımstansiyasından Daşkəsənə, 110 kV-luq “Daşkəsən” yarımstansiyasını qidalandıracaq yeni çəkilən 110 kV-luq elektrik verliş xəttinin dayaqlarının tikilməsi prossesi də davam edir. Bu xətt Azərbaycanda ən mürəkkəb və çətin relyeflərdən keçən yüksək gərginlikli xətt kimi tarixə düşə bilər. Xəttin keçdiyi dağlarda texnikanın rahat hərəkət etməsi üçün öncə yol çəkilib. İşlər gecə saatlarında da davam edir. Xətt boyu çəkilən yollar “Daşkəsən” yarımstansıyasınadək uzanır.

Əsas məqsəd Kəlbəcər rayonunu və həmçinin Daşkəsənin ucqar dağ kəndlərini dayanıqlı və kefiyyətli elelktrik enerjisi ilə təmin etməkdir. Kəlbəcər xəttinin üzərində 110 kV-luq yeni “Əhmədli” yarımstansiyasıda inşa olunub. Hansı ki, bu yarımstansiyadan çıxan və yeni inşa olunan 35 kV-luq “Zağalı” xətti Dankəsən rayonunun 30-dək ucqar dağ kəndini dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təmin edəcək. İşlər yekunlaşmaq üzrədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar