Bazar ertəsi, 25 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Generalların əməlləri, həbs edilənlərin düşdüyü tor... - İkinci “MTN işi”nin təfərrüatları

Azərbaycanda ikinci “MTN işi” üzrə məhkəmə araşadırmaları başlayır. Akif Çovdarov və digər MTN generallarından sonra daha bir neçə general və adamları məhkəmə qarşısına çıxarılacaq. Onlara qarşı da oxşar ittihamlar irəli sürülüb.

İttihamlar...

İş adamlarını, müxtəlif vəzifə sahiblərini həbs etməklə hədələyib onların pullarını, əmlaklarını ələ keçirmək, milyonlarla manat rüşvət almaq...

Təkcə Mövlam Şixəliyev adamları ilə birlikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarından 5 milyon 77 min tələb etməkdə suçlanır.

Xatırladaq ki, 2015-ci ildə birinci “MTN işi” üzrə həbs edilən Akif Çovdarov və digər generallar artıq azadlıqdadır. Onlarla birlikdə həbs edilən digər MTN zabitləri də həbsdən çıxıb. Akif Çovdarov və yaşı 60-dan çox olan MTN zabitləri pandemiya dövründə risk qrupuna düşdükləri üçün prezident tərəfindən əfv edilmişdilər. Bəziləri isə cəzaları yüngülləşdirildiyi üçün həbsdən çıxa biliblər.

 

Birinci “MTN işi”ndəki şəxslərin məhkəmə prosesləri davam edən ərəfədə indi həbs edilənlərin, xüsusi ilə də Mövlam Şıxəliyevin adı çox çəkilirdi və onlara qarşı ciddi ittihamlar səsləndirilirdi. Lakin onların həbsi 6 ilə yaxın bir zamandan sonra baş tutdu...

Həbs edilənlər kimlərdir?

Onlardan ikisi generaldır. Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov və nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev.

Generallar ayrı-ayrılıqda hakim önündə dayanacaqlar. Onların hər biri tabeliklərində çalışmış daha üç nəfər keçmiş MTN zabitləri ilə birlikdə mühakimə olunacaqlar.

Nizami Şirinov 

General Nizami Şirinovun məhkəməsi sentyabrın 23-də Bakı Hərbi Məhkəməsində başlayır. Onunla birlikdə MTN-nin idarə rəisləri olmuş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirov da hakim önünə çıxarılacaq. Amma bu üç şəxs həbsdə deyil. Onların barələrində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

General Mövlam Şıxəliyevlə birlikdə isə MTN-in İstintaq Baş İdarəsinin tərkibindəki şöbənin rəisi olmuş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərov da hakim önündə olacaq.

Bildirək ki, həbs edilənlərdən yalnız polkovnik Vüsal Ələkbərov birinci “MTN işi”ndə də həbs edilmişdi. Uzun illər MTN-də müstəntiq, şöbə rəisi vəzifələrində işləmiş Vüsal Ələkbərov icraatındakı cinayət işlərində adı keçən adamlardan və onların yaxınlarından külli miqdarda pul almaqda təqsirli bilinib, 12 il azadılıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi cəza müddətini 5 ilə endirmişdi. Onun məhkəməsində Mövlam Şıxəliyev də şahid qismində dindirilmişdi. Çünki zərərçəkənlər həm də general Şıxəliyevi ittiham edirdilər.

Təqsirləndirilən şəxslərdən biri isə Yasin Məmmədovdur. Onunla bağlı çoxsaylı şikayətlər var idi, lakin Yasin Məmmədov MTN-in ləğvindən sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) işləməkdə davam edirdi.

Yasin Məmmədovun qardaşı kimdir?

Onun qardaşı Natiq Məmmədov 2000-2004-cü illərdə Xəzər rayon Məhkəməsinin hakimi, 2004-2011-ci illərdə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi, 2011-2018-ci illərdə isə MSK-nın sədr müavini olub. 2018-ci ildə Baş nazirin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbərinin müavini təyin edilən Natiq Məmmədov 2019-cu ildə bir müddət Aparat rəhbəri vəzifəsini icra edib.

Natiq Məmmədov 

Bu işdə zərərçəkənlər kimlərdir?

Onlar arasında Heydər Əliyev adına Ali Hərbi Məktəbin keçmiş rəisi, “Texnikabank”ın rəhbəri Etibar Əliyevin oğlu Kəramət Əliyev, Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi Bahəddin Sultanov və bir çoxları var.

1994-2004-cü illərdə Binəqədi rayonunda 102 saylı Mənzil İstismar Sahəsinin rəisi, daha sonra Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi işləmiş Bahəddin Sultanov 1994-1995-ci illərdə Bakı-Sumqayıt yolunda 4 hektar torpaq sahəsi alıb, orada ferma açıb. Fermanı oğlu İntiqam Sultanovun adına sənədləşdirib. Eyni zamanda, Qazaxıstanda da biznes qurmağa çalışıb.

Qazaxıstandakı işlərini tamamlamaq üçün pul lazım olanda fermanı girov qoyub, “Texnikabank”dan pul götürmək qərarına gəlib. O dövrdə bankın Yasamal filialının müdiri olan, sonradan həbs edilən Zal Yusifovla tanışlıqları olduğuna görə ona da bu barədə deyib. O da razılaşıb. Oğlu İntiqam Sultanov “Texnikabank”la 1 milyon dollar kredit ayrılması haqda müqavilə bağlayıb.

Bahəddin Sultanovun dediyinə görə, kredit müqaviləsini ona görüşəndə Zal Yusifov verib. Amma pulları gətirməyib. Deyib ki, hazırda bankda nağd pul yoxdur, yaxın bir neçə gün ərzində pul veriləcək. Beləliklə, proses 3-4 ay uzanıb. Axırda Zal Yusifovdan tələb edib ki, kredit müqaviləsini xitam verilsin, fermanın sənədləri də qaytarılsın. Filial müdiri ona kreditin ödənildiyi, banka borcu olmadığı haqda arayış verib, fermanın sənədlərini qaytarıb.

Bahəddin Sultanovun sözlərinə görə, bir müddət sonra özü fermanı satıb və pulunu Qazaxıstandakı biznesə yönəldib. Pulun qalanını da özündə saxlayıb.

2009-cu ildə oğlu İntiqam Sultanov MTN-ə çağrılıb. Atası da onunla birlikdə gedib. Orada Vüsal Ələkbərov bildirir ki, “Texnikabank”dan götürülmüş kredit ödənilməyib. Ata və oğul Sultanovlar Zal Yusifovun verdiyi arayışı təqdim etsə də, Vüsal Ələkbərov “boş şeydir bu” deyib.

MTN-də ondan əvvəlcə 500 min dollar tələb ediblər. Daha sonra məbləğ 360 min dollara endirilib. Məbləğ ödənəndən sonra Bahəddin Sultanovu buraxıblar. Vüsal Ələkbərov özünə istədiyi 10 min dolları alandan sonra isə Bahəddin Sultanovun oğluna 2 il şərti cəza veriblər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb

İntihar edən qız polkovnikin nəvəsidir: Bloqqer imiş- Foto

Kamran Həsənli və Erkin Qədirli arasında gərginlik yaranıb – Video

Heç kim bilmir - Tərkibində isə süddən 25 dəfə çox kalsium, spanaqdan 15 dəfə çox dəmir var...

Hafiz Hacıyev süni nəfəs aparatından ayrıldı - Yenilənib

Şeyxin "Azərbaycan" sözünü düzgün yaza bilməyən deputat qardaşı məsxərəyə qoyuldu - Foto

Ərdoğan Türkiyəni dünyanın hədəfinə çıxardı

“Mahmudov və 40 quldur” seriyasından: İş adamından 2 milyon dolların qoparılması...

Ayətullah Xameneyi Azərbaycan dilində səhifələr açdı

Ermənilər Sibirdə Hüseyn Cavidi bu cür öldürüb

“Bir ilədək azərbaycanlılar İrəvana, biz isə Bakıya sərbəst gedib-gələcəyik” - Erməni deputat

Ən çox oxunanalar