Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfir Elin Süleymanov Londonda yaşayan azərbaycanlılarla görüş keçirib - Foto

Azərbaycanın Britaniyaya yeni təyin olunan səfiri Elin Süleymanov Londonda yaşayan Azərbaycanlılarla görüş keçirib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, görüşə Azərbaycanın Britaniyadakı diplomatik korpusunun üzvləri, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Cavanşir Feyziyev, Britaniyadakı Azərbaycan və Türk icmasının üzvləri qatılıblar.

Səfir Elin Süleymanov ötən il ərzində Azərbaycanın çətin zamanlarında ölkəmizə dəstək olan icma üzvlərinə, Azərbaycanın üzləşdiyi problemlərin Britaniyada tanıdılmasında rol oynayan hər bir azərbaycanlıya təşəkkür edib.

Elin Süleymanov bildirib ki, bu gün qazilərimizin, şəhidlərimizin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız azad olunub. O, Azərbaycanın iqtisadi inkişafından, beynəlxalq uğurlarından danışıb, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd edib.

Səfir Britaniyadakı Türk icmasının aktivliyindən də danışıb, onlara ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Cavanşir Feyziyev Britaniyadakı hər bir azərbaycanlının ölkəmizin səfiri olduğunu qeyd edib və Azərbaycanın tanıdılmasında göstərdikləri dəstəyin önəmindən danışıb.

Daha sonra Britaniyadakı Azərbaycan evinin rəhbəri Ali Tekin Atalar çıxış edib. O, Britaniyadakı azərbaycanlıların illər ərzində göstərdiyi fəaliyyətlərindən danışıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar