Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir müavini kimdən nə qədər rüşvət alıb? – Məbləğlər

Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun Mədəniyyət Nazirliyinin Regional idarələrindən (qısa olsun deyə bəzi yerlərdə rayon adı ilə qeyd edəcəyik) aldığı rüşvətin məbləği açıqlanıb.

PİA.az xəbər verir ki, bu barədə oxu.az məhkəmə istintaqının materiallarına istinadən xəbər verir.

Rafiq Bayramovun xidməti otağına baxış zamanı qarşısında müxtəlif məbləğlər qeyd olunmuş vərəqdə siyahı yer alıb.

İstintaq materiallarına görə, Rafiq Bayramov Mədəniyyət Nazirliyinin Sumqayıt Regional İdarəsindən 167 505 manat, Xaçmazdan müxtəlif zamanlarda 69 400 manat, 137 165 manat, 27 432 manat, 250 500 manat, 42 000 manat rüşvət götürüb.


İsmayıllıdakı idarədən 126 165 manat və 16 000 manat, Kürdəmirdən 167 265 manat, Ağstafadan 166 965 manat və 16 000 manat, Şəmkirdən 181 465 manat alıb.

Onun digər regional idarələrdən aldığı rüşvətin syihısı da həmin vərəqdə yazılıb.

– Gəncə: 158 465 manat,

Ağdaş: 116 965 manat,


Biləsuvar: 115 965 manat, 250 500 manat,

Masallı: 116 165 manat,

Lənkəran: 116 065 manat,

Sabirabad: 216 565 manat,


Ağcabədi: 201 965 manat,

Bərdə: 174 965 manat, 250 500 manat və 68 000 manat,

Şəki: 141 465 manat,

Qeyd edək ki, 2020-ci ilin mayın 8-də məhkəmənin qərarı əsasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlarda əməliyyat keçirmişdi.


Prezident İlham Əliyevin 2020-ci ilin mayın 9-da imzaladığı sərəncamlarla hər iki şəxs tutduqları vəzifədən azad olunmuşdu.

Rafiq Bayramov 2021-ci ilin avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zakir Sultanovun isə məhkəmə prosesi davam etdirilir, işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar