Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə onlayn formatda görüş keçirilib.

PİA.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, görüşdə Azərbaycan gömrük xidməti ilə ÜGT arasında uzunmüddətli işgüzar əlaqələrdən məmnunluqla söhbət açılıb, əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminlik ifadə olunub. S.Mehdiyev Azərbaycan gömrüyünün pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq uğurlu fəaliyyətindən bəhs edib, informasiya texnologiyalarına əsaslanan layihələr, beynəlxalq ticarətin inkişafı, qaçaqmalçılığa, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə atılan addımlardan danışıb.

Kunio Mikuriya ÜGT-nin ən çətin və böyük Avropa regionuna rəhbərliyi dövründə Dövlət Gömrük Komitəsinin peşəkat fəaliyyətinə, üzv ölkələrin gömrük orqanları arasında koordinasiyanın səmərəli təşkilinə görə Komitə sədrinə təşəkkürünü bildirib.

Görüşdə əməkdaşlığın daha da gücləndirilməsi, beynəlxalq ticarətin inkişafının dəstəklənməsi istiqamətində gələcəkdə atılacaq addımlar, görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar