Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan və Putin görüşməyə hazırlaşır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimal-qərbində baş verən zorakılıqları müzakirə etmək məqsədilə bu ayın sonlarında Rusiyada prezident Vladimir Putinlə görüşəcək. Bu barədə məlumatı iki Türkiyə rəsmisinə istinadən ötən gün “Reuters” agentliyi yayıb.

Xəbər verildiyi kimi,  Suriyanın şimalında, bir il əvvəl Türkiyə və Rusiyanın birbaşa hərbi toqquşma riskinə gəlib çatdıqları İdlib bölgəsində qazan yenə qaynayır. Rusiya aviasiyası və Əsəd rejimi qüvvələri son günlər Suriyanın şimalında, İdlibdə müxalif qruplaşmalara qarşı hücumları artırıb. Rusiya aviasiyası o cümlədən Türkiyə sərhədinin cəmi bir neçə kilometrliyindəki yaşayış məntəqələrini və Türkiyə ordusunun müşahidə məntəqələrinin yaxınlığındakı nöqtələri vurur. Habelə PKK/YPG terrorçularının hücumları nəticəsində Türkiyə ordusu Suriyanın şimalında itkilər verir. 

İdlibdə Əsəd rejimi və Türkiyəyə bağlı müxalif qruplaşmalar arasında döyüşlər 2020-ci ilin martında Ankara ilə Moskva arasında əldə edilmiş atəşkəs razılaşması əsasında dayandırılmışdı. Həmin vaxt Türkiyə ordusunun “Bayraktar” və digər dronları Əsəd ordusunun İdlibə hücumunun dayandırılmasına, hökumət qüvvələrinin və onlara bağlı qrupların ağır itkilər verməsinə səbəb olmuşdu.

İndi isə Əsəd yenidən İdlibə nəzarət etmək niyyətindədir və ehtimal olunur ki, Suriya diktatoru bu məsələni bir neçə gün əvvəl Moskvaya sürpriz səfəri zamanı Putinlə müzakirə edib. 

Məlumatlara görə Suriya ordusu İdlib istiqamətində qüvvələr cəmləşdirir və irimiqyaslı yerüstü hücum əməliyyatının başlaması "an məsələsidir". Habelə İdlibdə Türkiyənin dəstəklədiyi 4 müxalif qruplaşma bu günlərdə "Suriya azadlıq cəbhəsi" adı altında 20 minlik vahid ordu şəklində birləşdiklərini elan ediblər və belə görünür ki, Əsəd ordusunun yeni hücumuna hazırlaşırlar.

“Reuters” yazır ki, hər iki tərəf-həm Rusiya, həm Türkiyə 18 ay bundan əvvəl imzalanmış atəşkəs razılaşmasının pozulmasından şikayətlənir. Türkiyə ötən şənbə günü bu bölgədə iki əsgərinin şəhid olduğunu xəbər verib. Adının çəkilməməsi şərtilə danışan Türkiyə rəsmisi deyib ki, Rusiyanın Soçi şəhərində keçirilməsi planlaşdırılan görüşdə gündəliyin əsas mövzusu Suriya, daha dəqiq deyilərsə, İdlib olacaq. Həmin rəsmi, İdlib razılaşmasının hələ də tam icra edilmədiyini vurğulayıb.

2020-ci ilin martında imzalanmış atəşkəs razılaşmasından əvvəl Türkiyə və Rusiya birbaşa toqquşma həddinə çatmışdılar.

Başqa bir vəzifəli Türkiyə rəsmisi isə “Reuters” agentliyinə deyib ki, Suriyada daha bir eskalasiya baş verməməlidir.

Ərdoğanın Rusiyaya planlaşdırılan ikigünlük səfərindən əvvəl Türkiyə prezidenti gələn həftə BMT Baş Assambleyasında iştirak üçün Nyu Yorka yola düşəcək. Bu səfərlərin heç birinin dəqiq tarixi göstərilmir. “Reuters” yazır ki, Suriya və Liviya münaqişələrində Rusiya və Türkiyə qarşı duran tərəfləri dəstəkləsələr də, Moskva və Ankara arasında müdafiə, enerji və turizm sahələrində sıx əməkdaşlıq mövcuddur.

NATO üzvü olan Türkiyənin Rusiyadan S-400 raket sistemi alması Türkiyə müdafiə sənayesi üzərinə ABŞ sanksiyalarının qoyulması ilə nəticələnib.“Reuters”-in müsahibi olan hər iki Türkiyə rəsmisi Ərdoğanla Putin arasında bu məsələnin, habelə enerji layihələrinin və turizmin müzakirə oluna biləcəyini deyib.

Xəbərdə deyilir ki, Ankara və Moskva habelə ötən il Dağlıq Qarabağda AzərbaycanErmənistan arasında baş vermiş müharibədə rəqib olublar. Rusiya bu münaqişədə Türkiyənin dəstəklədiyi AzərbaycanErmənistan arasında atəşkəs razılaşmasının əldə edilməsinə nail olub. Bununla yanaşı Türkiyəyə atəşkəsin monitorinqində iştirak imkanı verilib. Bundan başqa Türkiyə bu ilin əvvəllərində Ukraynaya, daha sonra isə NATO üzvü Polşaya “Bayraktar” dronları satmaqla Rusiyanı qəzəbləndirib. Rəsmi bildirib ki, Soçi danışıqlarında həm Dağlıq Qarabağ, həm də dron məsələləri müzakirə oluna bilər. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar