Çərşənbə, 20 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Aİ-nin xüsusi nümayəndəsi ermənilərin törətdiyi vandalizm aktları ilə tanış olub - Yenilənib

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdamda Qarabağ xanlarının abidələr kompleksinə və İmarət qəbiristanlığına baş çəkib.

“Report” xəbər verir ki, diplomat ermənilərin törətdiyi vandalizm aktları ilə tanış olub.

Avropa İttifaqının elçisini müşayiət edən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov diplomata bölgənin tarixi və işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklər barədə geniş məlumat verib.

Daha sonra Aİ-nin xüsusi nümayəndəsi Şəhidlər xiyabanına və işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış Ağdam Dram Teatrına baş çəkib.

***

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdam rayonuna gəlib.

PİA.az xəbər verir ki, səfər zamanı Aİ nümayəndəsi Qarabağın Ermənistan tərəfindən 30 illik işğalının fəsadları ilə tanış olacaq.

Xatırladaq ki, T.Klaarın sentyabrın 15-dən Azərbaycana başlayan səfərinin gündəliyinə rəsmi Bakı ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq, eləcə də, regional, təhlükəsizlik və humanitar məsələlərin müzakirəsi daxildir. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycanın REB cihazları İranın təlimlərini burnundan gətirib? - SEPAH təlimləri niyə yarıda saxladı?..

Azərbaycanın İrana narkotik ittihamı və alınan cavab... - Özünü geosiyasi dalana soxan Tehran geri addım atır?

İnstitutdan intihara cəhd edən əməkdaş haqqında açıqlama - Yenilənib

Saxlanılan beş erməni İrəvana təhvil verilir - Foto

Putindən müsahibə alan xanım aparıcıya reaksiya: “Ayaqları ilə nə edir?”

Sənay Qəhrəmanlıya təcavüz edən oğlan saxlanıldı - Foto

“Bu hakimiyyət ləyaqətlə getmək şansını əldən verdi”

İsrail İrana hücum hazırlıqları üçün 1.5 milyard dollar büdcə ayırdı - Unikal silahlar alınacaq

Əmək pensiyalarının hansı halda yenidən hesablanacağı müəyyənləşib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay