Cümə axşamı, 21 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vilyam Hacıyevin DTX təcridxanasından Penitensiar Xidmətin təcridxanasına köçürüləcək

İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

PİA.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri vəsatətlərlə çıxış ediblər.

Vəkillərin ilk vəsatəti cinayət işinə xitam verilməsi ilə bağlı olub. Onlar bunu müdafiə etdikləri şəxsin elan olunmuş ittihamlarla razı olmaması və özünü təqsirli bilməməsi ilə əlaqələndiriblər.

Vəkillərin növbəti vəsatətləri isə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və Vilyam Hacıyevin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Pentensiar Xidmətin təcridxanasına köçürülməsi ilə bağlı olub.

Vilyam Hacıyev vəkillərinin bütün vəsatətlərini müdafiə edərək ona verilmiş ittihamların əsassız olduğunu deyib: "Özümü heç bir halda təqsirli bilmirəm. İstintaq zamanı ifadəmdə də bunu demişəm. Həbs olunan zamanı mənim otağımdan əmək haqqı kartları çıxması barədə məruzə ediblər. Mənim otağımdan heç bir əmək haqqı kartı aşkar olunmayıb".

Hakimlər müşavirədən qayıtdıqdan sonra təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsi və həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilən vəsatətlərin təmin olunmadığı elan edilib.

V. Hacıyevin hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Penitensiar Xidmətin təcridxanasına köçürülməsi ilə bağlı vəsatət isə təmin olunub.

Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Səbail rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

DTX şefinin sözləri Ermənistanda həyəcan yaratdı

Xəstəxana direktorunun rüşvət almasının görüntüləri yayılıb - Video

“Kontakt Home”nin yeni fırıldağı və deputatın troll şəbəkəsi...

Yardımlıda zorla ərə verilən qız və sevgilisi intihar etdi - Ataya cinayət işi açıldı

Bölgəyə xüsusi təyinatlılar da göndərildi, irimiqyaslı hərbi əməliyyatlar gözlənilir

Nazir 88 min manat mənimsəyən direktoru işdən çıxardı – Foto

Azərbaycanda sayt rəhbəri və əməkdaşı həbs edilib

Çin İran-Azərbaycan qarşıdurmasında maraqlı tərəfdir və Tehranı bu qarşıdurmaya sürükləyir?

Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləri, ölən isə bacısı oğludur

Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı

Musa Quliyev ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsi barədə təklifinə aydınlıq gətirib - Yenilənib

Ən çox oxunanalar