Şənbə, 16 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Payız-qış aylarında koronavirus arta bilərmi?

Payız-qış aylarında kəskin respirator virus xəstəliklərinin artması ilə yanaşı koronavirusun da artacağı barədə cəmiyyətdə fikirlər səsləndirilir. Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib ki, payız-qış aylarında ənənəvi olaraq qrip və digər kəskin respirator virus xəstəliklərinin fəsli artımı baş verir:

“Bunlardan qorunma tədbirləri koronavirus infeksiyasından qorunma tədbirləri ilə üst-üstə düşür. Beləliklə, bu viruslarla və koronavirus infeksiyası ilə yoluxmaların artmasını sürətləndirən səbəblər təmasların artması və bağlı məkanlarda insanların daha çox toplanması, soyuq aylarda immunitetin zəifləməsidir.

Bu yayılmanın sürətini azaldan faktorlar isə əhalinin profilaktik qaydalara nə qədər ciddi əməl etməsi və vaksinasiyanın kütləviliyinin təmin olunması ilə bağlıdır. Bu faktorların nəticəsində payız-qış mövsümündə koronavirusa, qripə və digər respirator infeksiyalara yoluxmaların sayı müəyyən ediləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Toyuna köhnə sevgilisi gəldi, anası onu dilənçi bildi, oğlu cinayətkar oldu - 10 maraqlı fakt

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Naxçıvana avtomobil və dəmiryolu açmağa hazırıq - Paşinyan

Bakının mərkəzində ticarət obyektləri yanır, ətrafda yaşayan sakinlər təxliyə edilir - Foto / Video / Yenilənib

Arvadından xəbərsiz evi satan polis polkovniki həbs edildi - Özünü subay göstərib

Kovid peyvəndindən sonra trombozun yarandığını göstərən əlamətlər

Gəlinindən Mətanətə: "Pulun var deyə, mənə zərbələr vurursan"

ABŞ Türkiyəyə 40 təzə F-16 satmasa zarafat gerçəkləşəcək...

Ən çox oxunanalar