Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Haber Global” Mübariz Mənsimovu darmadağın etdi - Ermənilərlə iş birliyi... - Video

Türkiyədə fəaliyyət göstərən “Haber Global” kanalı “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun erməni əsilli iş adamı Levon Termendyanla işbirliyi haqda yeni süjet yayımlayıb.

Bakupost.az xəbər verir ki, bir müddət öncə Mübariz Mənsimov açıqlama verərək, L.Termendyanla əlaqəsi olduğunu inkar etmiş, hətta onun erməni olduğunu biləndən sonra şəkil çəkdirən anda kadrdan çıxmağa çalışdığını, daha sonra isə onunla mübahisə etdiyini və erməni iş adamını vurduğunu bildirmişdi.

“Haber Global” isə sözügedən mərasimdən video yayaraq, həqiqətin başqa cür olduğunu iddia edib. Eyni zamanda M.Mənsimovun L.Termendzyanla işbirliyinə getdiyini əks etdirən sənədləri paylaşıb.

Qeyd edək ki, M.Mənsimovla SOCAR prezidenti Rövnəq Abdullayev arasında çox ciddi ixtilaflar var. London arbitraj məhkəməsi də M.Mənsimov həbsdə olarkən SOCAR-ın iddiası üzrə məhkəmə prosesi keçirmiş və “Palmali”nin SOCAR-a külli miqdarda (250 milyon dollar) vəsait ödəməli olduğu haqda qərar çıxarmışdı.

Eyni zamanda, SOCAR-ın Türkiyə təmsilçiliyi də M.Mənsimovun əleyhinə fəaliyyətini davam etdirir və hər iki tərəf əllərinə düşən fürsətdə bir-birinin ictimai nüfuzunu zədələyən faktlardan maksimum istifadə etməyə çalışır.

“Haber Global” SOCAR-ın maliyyəsi ilə Türkiyədə qurulan Azərbaycan kanalıdır.

Kanalın sözügedən süjetini təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar